"Maral buynuzları məməlilərin bədəninin hər il bərpa edilən yeganə hissəsidir..."
"Maralların regenerativ prosesləri sümüklərin bərpasının kliniki praktikasında tətbiq edilə bilər..."
"Tədqiqatın nəticələri regenerativ təbabətdə sümük travmalarının müalicəsində və hətta ətrafların bərpasında istifadə edilə bilər..."
Alimlər maralın kötük hüceyrələrini siçanlara köçürərərək, onların alnında buynuza oxşayan törəmə yetişdirməyə müvəffəq olub.
Moderator.az xəbər verir ki, bu barədə Britaniyanın "Daily Mail" qəzeti yazıb.
"Maral buynuzları məməlilərin bədəninin hər il bərpa edilən yeganə hissəsidir. Bu, təbiətdə rast gəlinən ən tez inkişaf edən canlı toxumalardandır.
Bəzi heyvanlar ətrafını itirəndən sonra hüceyrələrin "blastema" adlanan populyasiyası baş verir, zamanla ətrafı inkişaf etdirən hüceyrələrə çevrilə bilər.
Marallarda buynuz toxumasını və sümükləri örtüyünü dəyişəndən sonra bərpa edən blastema hüceyrələri var", - qəzet yazır.
Özünün yeni tədqiqatında Çinin Sian şəhərinin Şimal-Qərb Politexnik Universitetinin alimləri siçanların başlarına blastema hüceyrələrini köçürməklə buynuza oxşayan güdül yetişdiriblər.
Komanda Sibir maralının (Servus nippon) buynuz toxumasında və onun yanındakı baş dərisində olan 75 min hüceyrənin RNT analizi yolu ilə öyrənib.
Heyvanların buynuzunun düşməsindən öncə, düşmə zamanı və sonra tədqiq etməklə, onlar məhz hansı hüceyrələrin regenerasiyada iştirak etməsini müəyyən etməyə müvəffəq olub.
Nəticələr göstərib ki, buynuzun düşməsindən 10 gün öncə kötük hüceyrələri çoxlu sayda buynuz-güdüldə olub və düşən günü saxlanılıb.
Buynuz düşəndən 5 gün sonra bu hüceyrələr kötük hüceyrələrinin ayrıca yarımtipini formalaşdırıb, komanda bunu "buynuz blastemasının progenitor hüceyrələri" (BBPH) adlandırıb.
Örtüyü dəyişəndən daha 10 gün sonra BBPH qığırdaq və sümüyə çevrilməyə başlayıb.
Maralların buynuzlarının çıxmasına cavabdeh olan hüceyrələri aşkar edərək, alimlər komandası BBPH-ni Petri laborator kasasında yetişdirib.
Beş gündən sonra onlar hüceyrələri siçanların qulaqları arasına köçürüb və orada cəmi 45 gün ərzində qığırdaq və sümükdən ibarət olan "buynuzabənzər struktur" inkişaf edib.
"Bizim nəticələr güman etməyə imkan verir ki, maralların regenerativ prosesləri sümüklərin bərpasının kliniki praktikasında tətbiq edilə bilər.
Bundan başqa, insan hüceyrələrinin BBPH-yə bənzər hüceyrələrə induksiya edilməsi regenerativ təbabətdə sümük travmalarının müalicəsində və ya hətta ətrafların bərpasında istifadə edilə bilər", - bunu eksperiment rəhbəri Tao Tsin deyib.