"Qadınların pensiya yaşının 60 yaşın ətrafına endirilməsi çox vacibdir..."

”Pensiya yaşına yenidən baxılıb aşağı salınmalııdr”.
 
Bunu millət vəkili Əli Məsimli Milli Məclisdə müzakirə olunan İnsan hüquqları üzrə müvəkkilin (Ombudsmanın) illik məruzəsi barədə Moderator.az-a danışarkən deyib.       
 
Əli Məsimli bildirib ki, Ombudsmana olan müraciətlərin xeyli hissəsi deputatlara olan müraciətlərlə üst-üstə düşür:
 
"Birincisi, Ombudsmana da, bizə də edilən müraciətlər arasında işlə təmin olunma məsələsi çoxluq təşkil edir.Vətəndaşlara təklif olunan işlərin  xeyli hissəsinin maaşları hazırkı bazar qiymıtləri ilə müqayisədə o qədər aşağııdr ki,yol puluna və işdə günorta naharı xərclərinə belə çatmır. Ona görə də insanların xeyli hissəsi təklif olunan belə işlərdən imtina etməli olurlar. İşlə təminatla bağlı aidiyyatı orqanlara müracitlərin çoxu da cavabsız qalır və ya məktublara sadəcə “yolavermə” istiqamətində cavablar verilir. Hesab edirik ki, belə halların  aradan qaldırılması üçün yerlərdə mövcud iş yerlərinin şəffaf şəkildə nə qədər olması və hansı təşkilatlarda olması barəsində deputatlara mütamadi məlumatın verilməsi çox vacibdir.
 
İkincisi, məruzənin TƏKLİF VƏ TÖVSİYƏLƏR hissəsində qadınların pensiya yaşının 63 yaş müəyyən edilməsi ilə bağlı “Əmək pensiyaları haqqında” Qanunda müvafiq dəyişikliklərin edilməsi təklif olunur.Doğrudandan da  işləyən qadınların pensiya yaşının getdikcə artırılaraq 2027-ci il 1 iyul tarixinədək 65 yaş həddinə çatdırılması məqsədəmüvafiq deyil. Eyni zamanda həm də hesab edirik ki, bu təklif-pensiya yaşı ilə bağlı dəyişikliklərin ilkin hissisi kimi çox vacibdir. Bu təklifə onu da əlavə etmək lazmdır ki, hazırkı reallıqlar şəraitində qadınların pensiya yaşının 63 yaş müəyyən edilməsinin özü də çoxdur. Ona görə də birinci mərhələdə qadınların pensiya yaşının 65-ə çatdırılması prosesi dayandırılmalı, ondan sonrakı mərhələdə isə kişi və qadınların pensiya yaşının bir qədər fərqləndirməklə 60 yaşın ətrafına endirilməsi çox vacibdir. Pensiya yaşının azaldılması məsələsinə baxarkən bu məsələyə təkcə maliyyə tərəfdən yanaşmaq doğru deyil, Azərbaycan cəmiyyətində və ailədə qadının rolu, ailə qayğıları, ailədə qanının üzərinə düşən yük, sağlam ömür uzunluğu və sair bu kimi amillər də nəzərə alınmalıdır. 
 
Üçüncüsü, məruzənin TƏKLİF VƏ TÖVSİYƏLƏR hissəsində Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli, 37 nömrəli qərarı ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması,verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”na dəyişikliklər edilməsi istqamətində bir sıra  vacib təkliflər irəli sürülüb.Hesab  edirik ki, Ünvanlı dövlət sosial yardımı  təyin edilərkən vətəndaşların adına olan torpaq sahəsi yox, həmin torpaq sahəsindən əldə edilən gəlir əsas götürülməlidir.Çünki Ünvanlı dövlət sosial yardımın verilmsində  vətəndaşın ev əşyaları və mülkiyyəti yox,bu il üçün müəyyənləşdirilmiş  246  manatlıq ehtiyac meyarı əsas götürülməlidir.
 
Dördüncüsü, şəhid ailələrinin və müharibə veteranlarının hüquqlarının müdafiəsi sahəsindəki işlərin genişləndirilməsini zəruri hesab edirik. 
 
Beşincisi, müraciətlərin içərisində məhkəmə qərarlarının icrası sahəsindəki problemlər xeyli dərəcədə narazılıq yaradır. Bunların aradan qaldırılması istiqamətində həm deputatların, həm də ombudsmanın səylərinin artırılması, burada fəaliyyətin koordinasiyanın həyata keçirilməsi çox vacibdir. 
 
Altıncısı, Bakı şəhərində, habelə müxtəlif qəsəbə və kəndlərdə müxtəlif zamanlarda tikilmiş bu sənədsiz evlərin inventarlaşdırılması və qeydiyyatının aparılması probleminin həlli sürətləndirilməlidir.  
 
Yeddincisi, 2019-cu ildə Şamaxıda, İsmayıllıda, Ağsu rayonunda baş vermiş zəlzələ və təbii fəlakətlər Şəki, Oğuz, Qax, Zaqatala və digər rayonlarda da olub. Ona görə bu istiqamətdə bir monitorinqin keçirilməsi, ziyan çəkənlərin siyahısının dəqiqləşdirilməsi və həmin insanlara yaxın zamanlarda kömək göstərilməsi çox vacibdir".
 
Sonda Əli Məsimli bildirib ki, Ombudsmanın illik məruzəsində xeyli zəruri təkliflər öz əksini tapıb. Onların deputat fəaliyyəti ilə üst-üstə düşən məqamları üzrə dinləmələrin təşkil edilməsi həmin məsələlərin həllinin sürətlənməsinə ciddi təkan vermiş olar. 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Motosiklet 4 yaşlı uşağı vuraraq ÖLDÜRDÜ

Motosiklet 4 yaşlı uşağı vuraraq ÖLDÜRDÜ

Bu işlərdə çalışmaq siqaretdən DAHA ZƏRƏRLİDİR

Bu işlərdə çalışmaq siqaretdən DAHA ZƏRƏRLİDİR

9 yaşında anasının qorxusundan evdən qaçan qız 22 il sonra...

9 yaşında anasının qorxusundan evdən qaçan qız 22 il sonra...

Yalançı adamları necə tanımaq olaq? – 4 QIZIL QAYDA

Yalançı adamları necə tanımaq olaq? – 4 QIZIL QAYDA

Ukraynaya MİLYARDLIQ YARDIM – Rusiyanın pulları hesabına DRON ALACAQLAR

Ukraynaya MİLYARDLIQ YARDIM – Rusiyanın pulları hesabına DRON ALACAQLAR

Azərbaycan vasitəsilə 490 ton buğda Ermənistana göndərildi – VİDEO

Azərbaycan vasitəsilə 490 ton buğda Ermənistana göndərildi – VİDEO

Ötən il aşkarlanan saxta diplomarın SAYI AÇIQLANDI

Ötən il aşkarlanan saxta diplomarın SAYI AÇIQLANDI

Rəqəmsal sektorda yeni mərhələ - İT xidmətləri UCUZLAŞACAQ?

Rəqəmsal sektorda yeni mərhələ - İT xidmətləri UCUZLAŞACAQ?

Açıq havada istirahət edənlərin DİQQƏTİNƏ – Ölümcül mikroblar ola bilər

Açıq havada istirahət edənlərin DİQQƏTİNƏ – Ölümcül mikroblar ola bilər

Hidayət Heydərovun "Böyük Dəbilqə" turnirində iştirak etməməsinin SƏBƏBİ AÇIQLANDI

Hidayət Heydərovun "Böyük Dəbilqə" turnirində iştirak etməməsinin SƏBƏBİ AÇIQLANDI

Ən qərarsız BÜRCLƏR – Onlar üçün seçim etmək işgəncədir...

Ən qərarsız BÜRCLƏR – Onlar üçün seçim etmək işgəncədir...

Astarada AĞIR QƏZA – Ölən və yaralılar var

Astarada AĞIR QƏZA – Ölən və yaralılar var

Polşadan SƏRT MESAJ: “Rusiya ilə danışıqlarda iştirak etməsək, nəticələri tanımayacağıq” – VİDEO

Polşadan SƏRT MESAJ: “Rusiya ilə danışıqlarda iştirak etməsək, nəticələri tanımayacağıq” – VİDEO

Hamilə qadınların yayda ən çox verdiyi sual: Hovuza girmək olarmı?

Hamilə qadınların yayda ən çox verdiyi sual: Hovuza girmək olarmı?

Orden qalmaqalının TARİXİ KÖKLƏRİ - Polşa və Ukrayna arasında nə BAŞ VERİR?

Orden qalmaqalının TARİXİ KÖKLƏRİ - Polşa və Ukrayna arasında nə BAŞ VERİR?

174 illik kilsə yanaraq külə döndü – VİDEO

174 illik kilsə yanaraq külə döndü – VİDEO

1700 turistin olduğu hoteldə yanğın– VİDEO

1700 turistin olduğu hoteldə yanğın– VİDEO

15 həftəlik savaşın RƏQƏMLƏRLƏ İFADƏSİ – Hansı ölkə daha çox ZƏRƏR GÖRDÜ?

15 həftəlik savaşın RƏQƏMLƏRLƏ İFADƏSİ – Hansı ölkə daha çox ZƏRƏR GÖRDÜ?

Azərbaycan vasitəsilə Ermənistana daha 7 vaqon buğda GÖNDƏRİLƏCƏK

Azərbaycan vasitəsilə Ermənistana daha 7 vaqon buğda GÖNDƏRİLƏCƏK

Bakıda yanğın təhlükəli obyektin fəaliyyəti dayandırıldı – VİDEO

Bakıda yanğın təhlükəli obyektin fəaliyyəti dayandırıldı – VİDEO

İt və ya pişiklə bir yerdə yatanlar DİQQƏTLİ OLSUN

İt və ya pişiklə bir yerdə yatanlar DİQQƏTLİ OLSUN

Kredit götürmək istəyənlərə ŞAD XƏBƏR

Kredit götürmək istəyənlərə ŞAD XƏBƏR

Türk dövlətlərinin ali məhkəmələri Vahid Məlumat Platforması yaradacaq – FOTO

Türk dövlətlərinin ali məhkəmələri Vahid Məlumat Platforması yaradacaq – FOTO

"Minimum bal toplamayan müəllimlərin işdən çıxarılması ədalətli qərardır" - VİDEO

"Minimum bal toplamayan müəllimlərin işdən çıxarılması ədalətli qərardır" - VİDEO

End of content

No more pages to load

RADİO