İstəyir Fransa Xarici İşlər Nazirliyinin deyil, Makronun qabağını kəssinlər...

Ermənilər təzyiq vasitələrini xeyli artırıblar. Yalnız 17 yanvarda ermənilər həm özləri, həm də xarici ölkələrin rəsmi və qeyri-rəsmi nümayəndələri Azərbaycana Laçın yolunu açmaq üçün tələb və çağırışlarla çıxışlar ediblər.  
 
Daşnak partiyasının ABŞ-dakı üzvləri Vaşinqtonda Azərbaycan səfirliyinə gedən yolları bağlayıb və Laçın yolunun açılmasını tələb edirlər.  Rusiya Federasiyasının ATƏT-dəki daimi nümayəndəsi Aleksandr Lukaşeviç Laçın yolunun Rusiya sülhməramlılarının nəzarətinə verilməsinə çağırış səsləndirib.
 
Daşnaklar Avropada da kəskin hərəkətlərdən çəkinməyiblər. Fransa XİN binasının qarşısında saatlarla etiraz aksiyası keçirib, Azərbaycana qarşı sanksiya tətbiq etməyə, Laçın yolunun açılmasına çağırışlar ediblər.
 
Bu etiraz aksiyaları öz yerində, bu gün RF XİN rəhbəri Sergey Lavrov da Azərbaycan XİN başçısı Ceyhun Bayramovla telefon danışığında da Laçın yolunun tezliklə açılmasını bildirib. Xəbərdə bildirilir ki, ““Rusiya tərəfi 9 noyabr 2020-ci il tarixində ən yüksək səviyyədə üçtərəfli Bəyanatda göstərilən parametrlərə uyğun olaraq Laçın dəhlizi boyunca nəqliyyatın mümkün qədər tez açılmasının zəruriliyini vurğulayıb”. Laçın yolunda ekoloqların etiraz aksiyası başlandığı gündən bəri, Rusiya bu səviyyədə ilk dəfədir ki, münasibət bildirir. Maraqlıdır, 10 noyabr bəyanatına əsaslanan Sergey Lavrov niyə indiyədək həmin bəyanata görə erməni silahlı qüvvələrinin çıxarılmadığını, azərbaycanlı qaçqınların geri qaytarılmadığını da vurğulamayıb? Bu yetməmiş kimi, bu sətirlərin yazıldığı dəqiqələrdə Rusiyanın ORT kanalında nümayiş etdirilən bədii filmdə 1990-cı il 20 Yanvar ərəfəsində Bakıda baş verənləri personajların dili ilə təhrif edilmiş şəkildə, ermənilərin mövqeyindən çatdırırlar.  
 
Ermənilər Azərbaycana qarşı beynəlxalq təzyiqi artırmaq məqsədilə planlı şəkildə həm xaricdə, həm daxildə kompleks tədbirlər keçirirlər. Bu təzyiqlər Azərbaycanı marağından geri çəkinməyə məcbur edə bilməsə də, bizim əks fəaliyyətimiz, ermənilərin təbliğatına qarşı beynəlxalq səviyyədə informasiya mübarizəmiz aşağıdır. 
 
Laçın yolundakı dinc aksiyanın formasında dəyişikliklər etmək, ekoloji tələblərlə yanaşı keçmiş Dağlıq Qarabağda etnik təmizləməyə məruz qalmış azərbaycanlıların doğma yurdlarına qayıtması tələbi ilə paralel olaraq qaçqınların da etirazını təşkil etmək məqsədəuyğundur. Bu etiraz, ermənilərin “etnik təmizləmə” hay-küyünün ən azı neytrallaşdırılmasına, eyni zamanda əsil sərvət olan insanlarımızın doğma yurdlarına-Azərbaycan Respublikasının ərazisinə qayıtmasının bizim yaxın hədəfimiz olduğuna xidmət etmiş olar.
 
Bizim nümayəndə heyətinin monitorinq keçirməsinə indiyədək imkan verməyən separatçılara nəyisə güzəştə getmək bizim üçün geridönməz ağır nəticələrə gətirib çıxara bilər. Bir ovuc düşmən hər gün güzəşt etməməkdə israrlı olduğunu və olacağını vurğulayırsa və bununla da “blokada” dediklərinə özləri səbəb olduqlarını bilib geri çəkilmirlərsə, güclü və qalib dövlət heç vaxt geri çəkilməyəcək. İstəyir Fransa XİN-in deyil, Makronun qabağını kəssinlər, istəyir Ağ Evin yolunu kəsib Amerika prezidentinə mane olsunlar.., biz mövqeyimizdə qalmalı, haqlı olduğumuz üçün davam etməli, hələ sərtliyimizi yüksəltməliyik.
 
Moderator.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Putin: "Rusiya ya güclü, müstəqil dövlət olmalıdır, ya da ümumiyyətlə heç bir Rusiya olmayacaq" - VİDEO

Putin: "Rusiya ya güclü, müstəqil dövlət olmalıdır, ya da ümumiyyətlə heç bir Rusiya olmayacaq" - VİDEO

Xarici turistlər Azərbaycana axışır - VİDEO

Xarici turistlər Azərbaycana axışır - VİDEO

Qalmaqallı kafe sakinləri ayağa qaldırdı - VİDEO

Qalmaqallı kafe sakinləri ayağa qaldırdı - VİDEO

Primoryedə akula "təhlükəsi": Qubernator turistləri sakitləşdirdi - VİDEO

Primoryedə akula "təhlükəsi": Qubernator turistləri sakitləşdirdi - VİDEO

Rusiyada sığınlar şəhərlərə axışır - VİDEO

Rusiyada sığınlar şəhərlərə axışır - VİDEO

Sabahın havası bu insanlar üçün əlverişlidir

Sabahın havası bu insanlar üçün əlverişlidir

Putin növbəti dəfə "Hər şey nəzarət altındadır" dedi - VİDEO

Putin növbəti dəfə "Hər şey nəzarət altındadır" dedi - VİDEO

"Aramco" şirkətinin helikopteri qəzaya uğrayıb: Həlak olanlar var

"Aramco" şirkətinin helikopteri qəzaya uğrayıb: Həlak olanlar var

Faciəvi şəkildə ölən Nəsimi tələbə imiş

Faciəvi şəkildə ölən Nəsimi tələbə imiş

Bakıda avtoxuliqanlıq edən motosikletçi cərimələndi

Bakıda avtoxuliqanlıq edən motosikletçi cərimələndi

Lerikdə minik avtomobili dərəyə yuvarlandı: 4 nəfər xəsarət aldı - FOTO

Lerikdə minik avtomobili dərəyə yuvarlandı: 4 nəfər xəsarət aldı - FOTO

Rusiya vətəndaşları hazırda hansı ciddi problemlərlə üz-üzə qalıb?

Rusiya vətəndaşları hazırda hansı ciddi problemlərlə üz-üzə qalıb?

Tramp kommunizmi ABŞ-ın 250 illik tarixinin ən böyük təhlükəsi adlandırdı

Tramp kommunizmi ABŞ-ın 250 illik tarixinin ən böyük təhlükəsi adlandırdı

ABŞ siyasi sığınacaq qəbulunu faktiki olaraq dayandırır

ABŞ siyasi sığınacaq qəbulunu faktiki olaraq dayandırır

SON DƏQİQƏ: Türkiyədə zəlzələ oldu

SON DƏQİQƏ: Türkiyədə zəlzələ oldu

Rusiyada sürücülər növbələrdə gözyaşı tökür - VİDEO

Rusiyada sürücülər növbələrdə gözyaşı tökür - VİDEO

ABŞ Ukrayna təcrübəsindən istifadə edərək ucuz raketlər istehsal edəcək

ABŞ Ukrayna təcrübəsindən istifadə edərək ucuz raketlər istehsal edəcək

DÇ-2026: Bu gün 1/16 final mərhələsinə start verilir

DÇ-2026: Bu gün 1/16 final mərhələsinə start verilir

Fransada təyyarə qəzaya uğradı: 11 ölü var

Fransada təyyarə qəzaya uğradı: 11 ölü var

Bukinqem sarayı Britaniya krallarının iqamətgahı statusunu itirə bilər

Bukinqem sarayı Britaniya krallarının iqamətgahı statusunu itirə bilər

Peru vətəndaşları "işə düzəlmə" adı altında Rusiya ordusuna cəlb edilir

Peru vətəndaşları "işə düzəlmə" adı altında Rusiya ordusuna cəlb edilir

Türkiyədə genişmiqyaslı əməliyyat: 409 nəfər TUTULDU - VİDEO

Türkiyədə genişmiqyaslı əməliyyat: 409 nəfər TUTULDU - VİDEO

Ukraynada Milli Panteon YARADILACAQ - Qanun layihəsini Radaya təqdim edildi

Ukraynada Milli Panteon YARADILACAQ - Qanun layihəsini Radaya təqdim edildi

Anomal istilər gəlirləri azaldır və yoxsulluq riskini artırır - ARAŞDIRMA

Anomal istilər gəlirləri azaldır və yoxsulluq riskini artırır - ARAŞDIRMA

End of content

No more pages to load

RADİO