Səhər yeməyinə uyğun olmayan ərzaqlar

Dietoloq və qida ekspertləri səhər yeməyində yol verilən səvləri və zərərli qidaların siyahısını hazırlayıb.

Bunlara baxdıqda təəssüf ki, hər birimizin səhər süfrəsində olduğunu görürük. Bəs əslində faydalı görünən bu ərzaqlar niyə səhər olmaz, səbəbləri izah olunur.

Bizim.Media "Medicina"-ya istinadən səhər yeməyində zərərli qidaları təqdim edir:

1. Acqarına qəhvə

Səhər ovqatını qaldırmaq üçün qəhvə əvəzsizdir. Amma acqarına birbaşa qəhvə içmək ciddi mədə xəstəlikləri yaradır: qastrit, yanma, xora. Çünki qəhvə mədə turşuluğunu artırır, bu da mədə divarını qıcıqlandırır və iltihab yaradır. Qida borusuna sıçrayan turş şirə onu zədələyir, eroziya yaradır.

Yaxşı olar ki, qəhvəni səhər bir az yemək yedikdən, mədəyə qida düşdükdən sonra içəsiz. Bu zaman zərərsiz effekt ala bilərsiz. Gündəlik kofein dozası 400 mq-ı aşmamalıdır.

2. Portağal şirəsi

Kinolarda gördüyümüz bu adət Amerikada ikinci dünya müharibəsində başlayıb. Əsgərlərə vitamin çatmırdı, hökumət dondurulmuş portağal şirələrini orduya göndərdi.

Sonradan bu adət süfrələrə keçdi, təzə freş portağal şirəsi içmək guya insan üçün faydalıdır. Amma tam əksinədir. Sitrus meyvələri da mədə divarını qıcıqlandırır, şirəni artırır və mədənin iltihabına səbəb olur. Əgər bir insan səhər həm qəhvə, həm portağal şirəsi içirsə,o mədəsi ilə vidalaşa bilər.

Səhərlər portağal şirəsini yeməklə bərabər qəbizliyi olanlar içə bilər, o, bağırsaq peristaktikasını artırır.

3. Blinlər, sırnik, oladyi

Bu yeməkləri hər gün yemək xoşbəxtlikdir. Amma xəmir, yumurta, şəkər tərkibli bu qidalar səhər tezdən qanda qlükozanı qəfildən artırır.

Bu yeməkləri yedikdən sonra ilk 1 saatda həqiqətən enerji axını hiss edəcəksiz.

Amma 2-3 saata bu effekt itəcək, qlükoza kəskin enəcək və siz yenidən aclıq hiss edəcəksiz. Belə yeməkləri səhərlər yeyənləri yuxu tutur.

4. Mannı sıyığı

Uşaq bağçasından qalmış bu adət əslində,uşaq və böyüklər üçün sağlam deyil. Çünki mannıda fitin var, o kalsiumu blok edir, uşaqlarda sümük deformasiyası başlayır. Mannı sıyığı yalnız mədə-bağırsaq xoraları olanlara yaxşıdır ki, kobud qida deyil, tərkibindəki nişasta mədə divarını örtür.

5. Fitnes yulaf, müsli, hazır səhər yeməkləri

Qutuda satılan bu qidaların üzərində vitaminlər və faydalı maddələr yazılıb. Amma diqqətlə tərkibini oxusanız, orda şəkər maddələri – patok, qlükoza, qarğıdalı siropu olduğunu görəcəksiz. Belə yeməklər mədəaltı vəz üçün zərbədir. İnsulinin təbii sintezini pozur. Bu qidalara alidə olanları orta yaşda II tip diabet gözləyə bilər.

6. Yoqurtlar

Səhərlər bir ədəd yoqurt yeməklə kifayətlənirsiz? Onlar kalorisizdir,amma tərkibində şəkər var, bu isə orqanizmə faydalı heç nə vermir, yalnız qlikemik yükü artırır. Yaxşı olar ki, şirin olmayan meyvəli yoqurt yeyəsiz. Amma təkcə yoqurt yesəz, gün ərzində çox acıyacaqsız.

7. Təkcə bir –iki ədəd meyvə

Acqarına bir armud, banan, alma yemək də yaxşı variant deyil. Onlar insana enerji vermir. Təkcə meyvə ilə beyin və mədəni aldatmaq olmayacaq. Meyvəni xorda doğrayıb ona qoz, kəsmik əlavə edin. Zülal aclıq hormonu olan qrelinin sintezini azaldacaq.

8. Kolbasa, sosis buterbrodu

Ağ çörək arasında kolbasa yemək gələcəkdə bağırsaq şişi, şəkərli diabetə səbəb ola bilər. Kolbasa, vetçina, sosis kimi termiki işlənmiş ət məhsulları kanserogen maddə ilə zəngindir və onkologiyaya yol açır.

Belə səhər yeməyini uşağa məktəbə qoymaq da olmaz. O, gizli piylənmə yaradır.

Bəs nə yeməli, nə etməli?

Bu sualın cavabını hələ 2012-ci ildə İsrail araşdırmaçıları tapıblar. Onlar 193 nəfəri müşahidə altına alıb, 2 qrupa bölüblər. Bir qrup səhərlər 33 kkal dəyərində qida alırdı, çxou karbohidrat idi.

Digəri isə 2 dəfə ağır – 600 kkal dəyərində qida aldı, bu zülal-karbohdrat tərkibli iid. 32 həftəlik araşdırmalarda sonra hər iki qrup iştirakçıları arıqlamışdı. Amma birinci qrup 15 kq arıqladı, 32 həftənin sonunda onun 11 kq-nı geri qaytardı və onlar daim yemək istəyirdilər.

II qrup 13 kq arıqladı, amma sonrakı həftələrdə də arıqlamağa davam etdi. Alimlər sübut etdi ki, zülal-karbohidrat səhər yeməyi qrelin hormonunu azaldır, bu səhər yeməyi yeyən insan gün ərzində çox acımır, özünü tox və gümrah hiss edir.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Xalqa vəd edilən azadlıq, küçələrdə POLİS DƏYƏNƏYİ

Xalqa vəd edilən azadlıq, küçələrdə POLİS DƏYƏNƏYİ

Onları da əsgər aparacaqlar - Rəsmi açıqlama

Onları da əsgər aparacaqlar - Rəsmi açıqlama

Türkiyədə korrupsiya qalmaqalı: Bələdiyyə sədri özünə 63 otaqlı malikanə tikdirib? - FOTO

Türkiyədə korrupsiya qalmaqalı: Bələdiyyə sədri özünə 63 otaqlı malikanə tikdirib? - FOTO

Məzahir Pənahov Serbiyada seçkiləri müşahidə edəcək

Məzahir Pənahov Serbiyada seçkiləri müşahidə edəcək

Səfirimiz etimadnaməsini Malayziya Kralına təqdim etdi – FOTO

Səfirimiz etimadnaməsini Malayziya Kralına təqdim etdi – FOTO

Psixotrop maddə qəbul edən şagird GÜNDƏMDƏ - Məktəblərdə psixoloji risklərə nəzarət varmı? – ARAŞDIRMA

Psixotrop maddə qəbul edən şagird GÜNDƏMDƏ - Məktəblərdə psixoloji risklərə nəzarət varmı? – ARAŞDIRMA

“Borussiya Dortmund” Bakıya 24 futbolçu ilə gəlir - HEYƏT

“Borussiya Dortmund” Bakıya 24 futbolçu ilə gəlir - HEYƏT

Azərbaycan Rusiyadan buğda tədarükünü KƏSKİN ARTIRIB

Azərbaycan Rusiyadan buğda tədarükünü KƏSKİN ARTIRIB

Sabah rayonlara yağış yağacaq

Sabah rayonlara yağış yağacaq

"Sabah"ın "Barselona" ilə keçirəcəyi ev oyununun biletləri satışa çıxarıldı

"Sabah"ın "Barselona" ilə keçirəcəyi ev oyununun biletləri satışa çıxarıldı

Sabiq komitə sədrinin hoteli satışa çıxarıldı - Qiymət

Sabiq komitə sədrinin hoteli satışa çıxarıldı - Qiymət

DİQQƏT! Bakının bəzi ərazilərində qaz KƏSİLƏCƏK

DİQQƏT! Bakının bəzi ərazilərində qaz KƏSİLƏCƏK

SON DƏQİQƏ! Azərbaycanda daha bir zəlzələ baş verdi - FOTO

SON DƏQİQƏ! Azərbaycanda daha bir zəlzələ baş verdi - FOTO

Aygün Kazımova Leyla Əliyevanın sözlərinə mahnı oxudu – VİDEO

Aygün Kazımova Leyla Əliyevanın sözlərinə mahnı oxudu – VİDEO

Küləkli hava neçə gün davam edəcək?

Küləkli hava neçə gün davam edəcək?

Azərbaycandan Ukraynaya dəstək: Səfirliyə zəruri avadanlıqlar verildi – FOTO

Azərbaycandan Ukraynaya dəstək: Səfirliyə zəruri avadanlıqlar verildi – FOTO

"İşə getməsəm də, adıma əməkhaqqı yazılıb" - Nazirliyin həbsdə olan idarə rəisinin məhkəməsi

"İşə getməsəm də, adıma əməkhaqqı yazılıb" - Nazirliyin həbsdə olan idarə rəisinin məhkəməsi

Birbank-dan “Yığ və qazan” lotereyası: 507 qalib pul mükafatı qazanacaq

Birbank-dan “Yığ və qazan” lotereyası: 507 qalib pul mükafatı qazanacaq

Alyona Əliyeva konsertdə - FOTO

Alyona Əliyeva konsertdə - FOTO

Motosiklet şousu faciə ilə bitəcəkdi: Son anda ölümdən döndü – FOTO/VİDEO

Motosiklet şousu faciə ilə bitəcəkdi: Son anda ölümdən döndü – FOTO/VİDEO

Mədəniyyət Nazirliyinin kitab mükafatı bu il elan olunmayacaq

Mədəniyyət Nazirliyinin kitab mükafatı bu il elan olunmayacaq

Məktəb direktorunun avtomobilini yandıran daha bir nəfər həbs edildi – VİDEO

Məktəb direktorunun avtomobilini yandıran daha bir nəfər həbs edildi – VİDEO

Səhiyyə naziri təyin olunan Anar Bayramov kimdir? – DOSYE

Səhiyyə naziri təyin olunan Anar Bayramov kimdir? – DOSYE

TƏCİLİ! Xəzər dənizində ZƏLZƏLƏ oldu

TƏCİLİ! Xəzər dənizində ZƏLZƏLƏ oldu

End of content

No more pages to load

RADİO