“Suçiçəyi” xəstəliyi niyə artıb? - İnfeksionist AÇIQLADI

Dünyada ən təhlükəli yoluxucu xəstəliklərdən biri də suçiçəyidir. Hava-damcı yolu ilə insanlara bulaşan bu xəstəlik əsasən uşaq infeksion xəstəliklərinə daxildir və demək olar ki, uşaqlıqda yolxumayan böyüklər də bu virusa yoluxur. Elə son bir neçə gündür ki, ölkədə kiçikdən-böyüyə əksər şəxsin “suçiçəyi” xəstəliyinə yoluxması halı müşahidə olunur. 

İnfeksionist Rəna Quliyeva Bizim.Media-ya son günlərdə “suçiçəyi” xəstəliyinə yoluxmaların olduğunu təsdiqləyib.

Onun sözlərinə görə, bu hal daha çox bağçaya, məktəbə gedən azyaşlı uşaqlarda görülür:

“Xəstəliyin əsas mənbəyi su çiçəyi ilə xəstələnmiş insanlardır. İnsan xəstəliyin səpgi dövrü başlanmazdan bir neçə gün əvvəl və başladığından sonrakı 5-7 gün ərzində yoluxdurucu olur. Bu dövrdə viruslar hava-damcı yolu ilə digərlərinə keçir. Xəstəliyə ən çax kollektiv yoluxma xarakterikdir. Bu səbəbdən də təhsil müəssisələrində, idman kollektivlərində, gənclər çalışan kollektiv iş yerlərində və hərbi qulluqçular arasında xəstəliyə yoluxmalar qeyd olunur.
 

MÖVZU İLƏ BAĞLI:

Sürətlə yeni virus yayılır: Cinsi əlaqə zamanı keçir - "Meymun çiçəyi"nin ƏLAMƏTLƏRİ


Adətən uşaqlar xəstəliyi yüngül keçirirlər. Yetkinlik yaşından sonra insanlar bu xəstəliyi kifayət dərəcədə ağır və xoşagəlməz fəsadlarla keçirirlər.

Xəstəliyin inkubasiya dövrü 10-21 gündür. Xəstəlik əsasən tam sağlam fonda bədən hərarətinin yüksəlməsi ilə başlayır. 1-3 gün hərarətli dövr səpgilərin meydana gəlməsi ilə nəticələnir”.

Su çiçəyinə yoluxmuş şəxslərin müalicə prosesi necə aparılır?

“Müalicə yataq-ev rejimi, qıcıqlanıdırıcı və şirin tamlı ərzaq məhsullarının rasiondan çıxarılması və bol mayenin əlavə edilməsini tələb edən pəhriz, eyni zamanda simptomatik preparatların köməyi ilə aparılır. Suçiçəyinin “əsas” müalicə üsulu yaşlı insanlara çoxdan bəllidir. Bu insanların “zelyonka” adı ilə tanıdıqları briliyant abısıdır. Bu müalicə üsulunun mahiyyəti səhər və axşam səpgilərin brilyant abısı ilə işlənməsidir.

Xəstəlik zamanı dəri qaşınmaları olur ki, nəticədə səpgilər infeksiyalaşa və ya sonda yerində xoşagəlməz izlər qoya bilir. Bunların qarşısını almaq üçün uşaqları qaşınmadan yayındırmaq, dırnaqlarını tez-tez tutmaq, yataq dəstlərini hər gün dəyişdirmək, eləcə də xəstə qalan otağı normal temperaturda saxlamaqla tərləməsinin qarşısı alınmalıdır”, - deyə infeksionist qeyd edib.

Səkinə Yusibli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Külək əsəcək, yağış yağacaq – SABAHIN HAVASI

Külək əsəcək, yağış yağacaq – SABAHIN HAVASI

3 bürc üçün böyük pullar gələcək

3 bürc üçün böyük pullar gələcək

Hansı içki kişiləri prostat xərçəngindən qoruyur?

Hansı içki kişiləri prostat xərçəngindən qoruyur?

Avropa Liqasında 1/4 finalçılar bəlli oldu

Avropa Liqasında 1/4 finalçılar bəlli oldu

SEPAH-ın daha bir generalı ÖLDÜRÜLDÜ

SEPAH-ın daha bir generalı ÖLDÜRÜLDÜ

Xətaidə kanalizasiya çökdü, evləri su basdı - VİDEO

Xətaidə kanalizasiya çökdü, evləri su basdı - VİDEO

Oruc tutanların DİQQƏTİNƏ – Bayramdan sonra bunları etməyin!

Oruc tutanların DİQQƏTİNƏ – Bayramdan sonra bunları etməyin!

İlham Əliyev və Şahbaz Şərif arasında TELEFON DANIŞIĞI

İlham Əliyev və Şahbaz Şərif arasında TELEFON DANIŞIĞI

Fürsətləri Baku Electronics-lə bayrama çevirmək vaxtıdır!

Fürsətləri Baku Electronics-lə bayrama çevirmək vaxtıdır!

Bakıda "xruşovka"ların hamısı söküləcək? - VACİB AÇIQLAMA

Bakıda "xruşovka"ların hamısı söküləcək? - VACİB AÇIQLAMA

“Kəpəz” “Qarabağ”a, “Neftçi” “İmişli”yə qarşı

“Kəpəz” “Qarabağ”a, “Neftçi” “İmişli”yə qarşı

Nüvə silahı işə düşsə nə baş verər?

Nüvə silahı işə düşsə nə baş verər?

Çinlilər oyanandan sonra bunu edirlər - Sağlam qalmaq üçün

Çinlilər oyanandan sonra bunu edirlər - Sağlam qalmaq üçün

AHİK uşaqlar üçün bayram tədbirləri təşkil edir – FOTO

AHİK uşaqlar üçün bayram tədbirləri təşkil edir – FOTO

Əsl möcüzə yaşayacaq bürclər

Əsl möcüzə yaşayacaq bürclər

“Azərbaycan bu addımlarla sosial dövlət kimi mövqeyini daha da möhkəmləndirir”

“Azərbaycan bu addımlarla sosial dövlət kimi mövqeyini daha da möhkəmləndirir”

Dövlət başçısının imzaladığı fərmanlar qeyri-şəffaf əməkhaqqı sisteminin sadələşdirilməsinə yönəlib - TƏHLİL

Dövlət başçısının imzaladığı fərmanlar qeyri-şəffaf əməkhaqqı sisteminin sadələşdirilməsinə yönəlib - TƏHLİL

Trampın Yaponiya Baş naziri ilə görüşdə Perl Harbor zarafatı GÜNDƏM OLDU – VİDEO

Trampın Yaponiya Baş naziri ilə görüşdə Perl Harbor zarafatı GÜNDƏM OLDU – VİDEO

Rasim Balayevdən xəbər var: Bakıya qayıdış tarixi açıqlandı

Rasim Balayevdən xəbər var: Bakıya qayıdış tarixi açıqlandı

Biri düyü, biri neft göndərir

Biri düyü, biri neft göndərir

Neftçalada faciəvi QƏZA – Yeniyetmə qardaşlar həyatını itirdi – VİDEO

Neftçalada faciəvi QƏZA – Yeniyetmə qardaşlar həyatını itirdi – VİDEO

Pezeşkiandan dünyaya XƏBƏRDARLIQ - “Bu alov hamını yandıra bilər” – FOTO

Pezeşkiandan dünyaya XƏBƏRDARLIQ - “Bu alov hamını yandıra bilər” – FOTO

"Niyə Balaəli 500 minlik maşın sürməsin ki?"

"Niyə Balaəli 500 minlik maşın sürməsin ki?"

İran İsrail şəhərlərini yenidən raket atəşinə tutdu – VİDEO

İran İsrail şəhərlərini yenidən raket atəşinə tutdu – VİDEO

End of content

No more pages to load

RADİO