Nüvə silahı işə düşsə nə baş verər?

Dünyanın hərbi arsenalında onilliklərdir "var, amma istifadə olunmur" prinsipi ilə saxlanılan nüvə başlıqları bəşəriyyət üçün ən böyük təhlükə mənbəyi sayılır. Bu silahların döyüş şəraitində tətbiqi təkcə hədəf alınan şəhərlə məhdudlaşmayan və bütün sivilizasiyanı təhdid edən fəlakət ssenarisini reallaşdıra bilər.

Bizim.Media xəbər verir ki, tarixi təcrübə nüvə zərbəsinin dağıdıcı gücünü aydın göstərir.

Xirosimaya atılan 15 kilotonluq bomba 80 minə yaxın insanın həyatına son qoymuş və 13 kvadrat kilometrlik ərazidə həyatı tamamilə iflic etmişdi.
 

Müasir dövrdə istifadə olunan meqaton səviyyəli başlıqlar isə ondan qat-qat güclüdür. Belə bir silahın partlayışı 200 kvadrat kilometrə qədər ərazini yerlə yeksan etmək iqtidarındadır.
Zərbə anında yaranan istilik dalğası episentrdən onlarla kilometr uzaqlıqda olan insanlarda ağır yanıqlara səbəb olur. Lakin fəlakət bununla bitmir. Radiasiya sızması nəticəsində yaranan uzunmüddətli genetik xəstəliklər, xərçəng və doğuş qüsurları gələcək nəsillərin sağlamlığını sual altına qoyur.


Ekoloji baxımdan ən qorxulu proqnoz isə "nüvə qışı" hadisəsidir.

Partlayışlar zamanı atmosferə qalxan nəhəng toz və tüstü dumanı günəş şüalarının qarşısını kəsir. Bu, qlobal temperaturun kəskin düşməsinə, kənd təsərrüfatının məhv olmasına və dünya miqyasında kütləvi qıtlığa yol aça bilər. 
 

Ekspertlərin rəyinə görə bir ölkənin nüvə silahından istifadə etməsi zəncirvari reaksiya yarada bilər. Digər nüvə dövlətlərinin analoji cavab verməsi lokal münaqişəni qlobal nüvə müharibəsinə çevirər. Belə bir vəziyyətdə təkcə şəhərlər yox, mövcud dünya düzəni, iqtisadi sistemlər və beynəlxalq hüquq normaları tamamilə süqut edər.


Hazırda bu silahlar dövlətlər tərəfindən ciddi nəzarətdə saxlanılsa da, hərbi balansın pozulması Yer kürəsinin taleyini geri dönülməz şəkildə dəyişə biləcək risk faktoru olaraq qalır.

Qeyd edək ki, Azərbaycan Nazirlər Kabineti nüvə və digər kütləvi qırğın silahlarının tətbiqi ehtimalı ilə bağlı mühüm sənəd təsdiqləyib. Bu qərar əsasən insanların belə fövqəladə hallarda necə davranmalı olduğu və hansı təhlükəsizlik tədbirlərinin görüləcəyi barədə məlumatlandırılmasını tənzimləyir. Sənədin əsas qayəsini əhalinin maarifləndirilməsi təşkil edir.

Belə ki, mümkün təhlükə zamanı profilaktik addımların atılması və vətəndaşların vaxtında xəbərdar edilməsi üçün konkret qaydalar müəyyənləşib.

Bu addım Prezidentin 2025-ci ildə imzaladığı müvafiq sərəncamın icrasını təmin etmək məqsədi daşıyır. Qərara əsasən dövlət qurumları kütləvi qırğın silahlarının yarada biləcəyi risklərə qarşı əhalini qabaqcadan hazırlamalıdır. Bura həm mühafizə üsulları, həm də təhlükə anında həyata keçiriləcək praktiki tədbirlər daxildir.

Hökumət bu qaydalarla hər hansı böhran vəziyyətində qarışıqlığın qarşısını almağı və insanların təhlükəsizliyini maksimum dərəcədə qorumağı hədəfləyir. (Demokrat.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Uşağınız bu sözləri tez-tez deyirsə, DİQQƏTLİ OLUN

Uşağınız bu sözləri tez-tez deyirsə, DİQQƏTLİ OLUN

Azərbaycanın kuryer xidmətlərindən gəlirləri 2 dəfə artdı

Azərbaycanın kuryer xidmətlərindən gəlirləri 2 dəfə artdı

Dünyanın ən çox əhalisi olan 10 ölkəsi - SİYAHI

Dünyanın ən çox əhalisi olan 10 ölkəsi - SİYAHI

"Dostlarım zəng edib ki, sənə nə olub?" – VİDEO

"Dostlarım zəng edib ki, sənə nə olub?" – VİDEO

2027-ci ildə bu şəhərlər qaranlığa qərq olacaq

2027-ci ildə bu şəhərlər qaranlığa qərq olacaq

Dünyada bir kiloqram mal əti neçəyədir? – ARAŞDIRMA

Dünyada bir kiloqram mal əti neçəyədir? – ARAŞDIRMA

Ən çox varlanmaq potensialı olan bürclər hansıdır? - Siyahı

Ən çox varlanmaq potensialı olan bürclər hansıdır? - Siyahı

İstidə gündə neçə dondurma yemək olar?

İstidə gündə neçə dondurma yemək olar?

CNN: İraq ABŞ və İran arasında vasitəçi olmağa çalışır

CNN: İraq ABŞ və İran arasında vasitəçi olmağa çalışır

"Yalı çapkını"nın ulduzlarının övladı olacaq

"Yalı çapkını"nın ulduzlarının övladı olacaq

Tramp: “İranla danışıqlar bərpa edilə bilər”

Tramp: “İranla danışıqlar bərpa edilə bilər”

Netanyahu Türkiyəyə xəbərdarlıq etdi

Netanyahu Türkiyəyə xəbərdarlıq etdi

Universitetə qəbulda gərginlik: Plan yerləri niyə azdır? - VİDEO

Universitetə qəbulda gərginlik: Plan yerləri niyə azdır? - VİDEO

Şamaxıda "Niva" dərəyə aşdı – Ölən var

Şamaxıda "Niva" dərəyə aşdı – Ölən var

Dünyanın nüfuzlu universitetində qalmaqal: Cəsədlərin bəzi hissələri internetdə satılıb

Dünyanın nüfuzlu universitetində qalmaqal: Cəsədlərin bəzi hissələri internetdə satılıb

İsrailin Livana hücumlarında ölənlərin STATİSTİKASI

İsrailin Livana hücumlarında ölənlərin STATİSTİKASI

Vaşinqtonda rekord: 16,5 min nəfər həbs edilib

Vaşinqtonda rekord: 16,5 min nəfər həbs edilib

İran ABŞ-nin dəniz blokadasına baxmayaraq, neft ixracını 150% artırdı

İran ABŞ-nin dəniz blokadasına baxmayaraq, neft ixracını 150% artırdı

Azərbaycan və Türkiyə yeni dövlət yaradır - Saqatelyan

Azərbaycan və Türkiyə yeni dövlət yaradır - Saqatelyan

“By Ella”dan həbs xəbərlərinə reaksiya

“By Ella”dan həbs xəbərlərinə reaksiya

Odessa sahillərində yük daşıyan gəmi vurulub - VİDEO

Odessa sahillərində yük daşıyan gəmi vurulub - VİDEO

Güləşçimiz ardıcıl 2-ci dəfə dünya çempionu oldu

Güləşçimiz ardıcıl 2-ci dəfə dünya çempionu oldu

Göygöldə 23 yaşlı gənc bıçaqlandı

Göygöldə 23 yaşlı gənc bıçaqlandı

"YouTube"a güclü rəqib gəlir – “Bilibili”

"YouTube"a güclü rəqib gəlir – “Bilibili”

End of content

No more pages to load

RADİO