Biri düyü, biri neft göndərir

Braziliya və Rusiya Kubadakı enerji və ərzaq böhranını yüngülləşdirmək məqsədilə yardımlar göndərir.

Bizim.Media xəbər verir ki, Braziliya hökuməti Latın Amerikasındakı çətin vəziyyəti nəzərə alaraq, Kubaya 20 min ton düyü göndərdiyini açıqlayıb.

Braziliya Xarici İşlər Nazirliyinin Latın Amerikası və Karib dənizi üzrə katibi Gisela Padovan bildirib ki, yardım Dünya Ərzaq Proqramı (WFP) vasitəsilə paylanacaq:

“Kuba xalqının yaşadığı əzab Braziliya üçün daimi narahatlıq mənbəyidir. Həm tibb, həm də qida sahəsində müxtəlif yardımlar göstəririk. Yaxın zamanda yeni göndərişlər planlaşdırılır və digər ölkələrin də dəstəyi gözlənilir”.

Eyni zamanda, Rusiya enerji böhranı ilə mübarizə aparan Kubaya xam neft göndərir. 
 

Belə ki, “Anatoly Kolodkin” tankeri 8 martda Rusiyanın Primorsk limanından təxminən 730 min barel neft yükləyərək, Atlantik okeanı keçib və Kubaya yola düşüb. Gəminin 23 martda Matanzas neft terminalına çatması gözlənilir. Bundan əlavə, Honkonq bayraqlı “Sea Horse” gəmisinin 200 min barel dizel daşıdığı bildirilir.


Bu yardım tədbirləri ABŞ-nin Kubaya qarşı iqtisadi təzyiqi artırdığı bir dövrdə həyata keçirilir. Yanvar ayından bəri Kuba ABŞ-nin embarqo siyasəti səbəbindən, demək olar ki, heç bir neft idxal etməyib, bu isə ölkədə elektrik kəsintilərinə və əsas infrastrukturun zədələnməsinə səbəb olub.

Rusiya və Braziliyanın yardımları həm humanitar ehtiyacları qarşılamaq, həm də ABŞ-nin sanksiyalarına geosiyasi meydan oxumaq kimi qiymətləndirilir. (Qafqazinfo.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Uşağınız bu sözləri tez-tez deyirsə, DİQQƏTLİ OLUN

Uşağınız bu sözləri tez-tez deyirsə, DİQQƏTLİ OLUN

Azərbaycanın kuryer xidmətlərindən gəlirləri 2 dəfə artdı

Azərbaycanın kuryer xidmətlərindən gəlirləri 2 dəfə artdı

Dünyanın ən çox əhalisi olan 10 ölkəsi - SİYAHI

Dünyanın ən çox əhalisi olan 10 ölkəsi - SİYAHI

"Dostlarım zəng edib ki, sənə nə olub?" – VİDEO

"Dostlarım zəng edib ki, sənə nə olub?" – VİDEO

2027-ci ildə bu şəhərlər qaranlığa qərq olacaq

2027-ci ildə bu şəhərlər qaranlığa qərq olacaq

Dünyada bir kiloqram mal əti neçəyədir? – ARAŞDIRMA

Dünyada bir kiloqram mal əti neçəyədir? – ARAŞDIRMA

Ən çox varlanmaq potensialı olan bürclər hansıdır? - Siyahı

Ən çox varlanmaq potensialı olan bürclər hansıdır? - Siyahı

İstidə gündə neçə dondurma yemək olar?

İstidə gündə neçə dondurma yemək olar?

CNN: İraq ABŞ və İran arasında vasitəçi olmağa çalışır

CNN: İraq ABŞ və İran arasında vasitəçi olmağa çalışır

"Yalı çapkını"nın ulduzlarının övladı olacaq

"Yalı çapkını"nın ulduzlarının övladı olacaq

Tramp: “İranla danışıqlar bərpa edilə bilər”

Tramp: “İranla danışıqlar bərpa edilə bilər”

Netanyahu Türkiyəyə xəbərdarlıq etdi

Netanyahu Türkiyəyə xəbərdarlıq etdi

Universitetə qəbulda gərginlik: Plan yerləri niyə azdır? - VİDEO

Universitetə qəbulda gərginlik: Plan yerləri niyə azdır? - VİDEO

Şamaxıda "Niva" dərəyə aşdı – Ölən var

Şamaxıda "Niva" dərəyə aşdı – Ölən var

Dünyanın nüfuzlu universitetində qalmaqal: Cəsədlərin bəzi hissələri internetdə satılıb

Dünyanın nüfuzlu universitetində qalmaqal: Cəsədlərin bəzi hissələri internetdə satılıb

İsrailin Livana hücumlarında ölənlərin STATİSTİKASI

İsrailin Livana hücumlarında ölənlərin STATİSTİKASI

Vaşinqtonda rekord: 16,5 min nəfər həbs edilib

Vaşinqtonda rekord: 16,5 min nəfər həbs edilib

İran ABŞ-nin dəniz blokadasına baxmayaraq, neft ixracını 150% artırdı

İran ABŞ-nin dəniz blokadasına baxmayaraq, neft ixracını 150% artırdı

Azərbaycan və Türkiyə yeni dövlət yaradır - Saqatelyan

Azərbaycan və Türkiyə yeni dövlət yaradır - Saqatelyan

“By Ella”dan həbs xəbərlərinə reaksiya

“By Ella”dan həbs xəbərlərinə reaksiya

Odessa sahillərində yük daşıyan gəmi vurulub - VİDEO

Odessa sahillərində yük daşıyan gəmi vurulub - VİDEO

Güləşçimiz ardıcıl 2-ci dəfə dünya çempionu oldu

Güləşçimiz ardıcıl 2-ci dəfə dünya çempionu oldu

Göygöldə 23 yaşlı gənc bıçaqlandı

Göygöldə 23 yaşlı gənc bıçaqlandı

"YouTube"a güclü rəqib gəlir – “Bilibili”

"YouTube"a güclü rəqib gəlir – “Bilibili”

End of content

No more pages to load

RADİO