Bu həkimlərin maaşları artırılır 

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (Agentlik) İdarə Heyətinin qərarı ilə 1 iyun 2022-ci il tarixindən etibarən TƏBİB-in tabeliyindəki tibb müəssisələrində çalışan həkimlərin aylıq vəzifə (tarif) maaşına 800 manat məbləğində sabit həvəsləndirici əlavələr tətbiq olunacaq. Bununla da həkimlərə ödəniləcək əmək haqqının məbləği vergilər və digər məcburi ödənişlər çıxıldıqdan sonra vəzifə (tarif) maaşı və sabit həvəsləndirici əlavələrlə birlikdə minimum 1000 manat təşkil edəcək. 

Bizim.Media xəbər verir ki, artım həkim-stomatoloqlar istisna olmaqla, həm ambulator, həm də stasionar şəraitdə xidmət göstərən bütün ixtisaslı həkimlərə şamil olunur.

Bununla bağlı müvafiq dəyişiklik “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrində çalışan səhiyyə işçilərinin əməyinin ödənilməsi Qaydası”nda öz əksini tapıb. Səhiyyə işçilərinin əmək haqlarının artımı ilə bağlı budəfəki dəyişiklikdən təxminən 19 minə yaxın səhiyyə işçisi faydalanacaq. 

Nümunə 1: 

Həkim kardioloqun 12-ci dərəcə aylıq vəzifə (tarif) maaşı 468 manatdır. Həkim kardioloqun vəzifə (tarif) maaşına 800 manat sabit əlavə tətbiq edilir. Bundan başqa həkim kardioloqa ambulator və stasionar fəaliyyət üzrə işin nəticələrinə görə aylıq həvəsləndirici əlavələr ödənilir. 468+800=1268 manat + işin nəticələrinə görə aylıq həvəsləndirici əlavələr. 

Dəyişiklikliyə əsasən səhiyyə xidmətlərinin təşkili şöbəsinin həkimlərinə (həkim-stomatoloq istisna olmaqla) və ailə həkimi ixtisasları üzrə çalışan həkimlərə verilən aylıq həvəsləndirici əlavələrin məbləği də artıb. Belə ki, onların aylıq vəzifə (tarif) maaşına tətbiq edilən aylıq sabit həvəsləndirici əlavənin məbləği 500 manata çatdırılıb. 

Tibb müəssisələrində psixoloq, loqoped və pedaqoq, müalicəvi bədən tərbiyəsi üzrə təlimatçı vəzifəsində çalışan mütəxəssislərə verilən sabit aylıq həvəsləndirici əlavələrin məbləği də artaraq 500 manat təşkil edir. 

Nümunə 2: 

Ailə həkiminin 12-c dərəcə aylıq vəzifə (tarif) maaşı 468 manatdır. Vəzifə (tarif) maaşına 500 manat sabit əlavə tətbiq edilir. 468+500=968. 

Eyni zamanda sabit həvəsləndirici əlavələr verilən həkimlərin siyahısına təcili və təxirəsalınmaz tibbi yardım stansiyalarının (şöbə və bölmələrinin), təcili tibbi yardım şöbə və bölmələrinin həkimləri əlavə olunub. Onlar üçün 250 manat məbləğində sabit həvəsləndirici əlavələr müəyyən olunub. Xatırladaq ki, hazırda sözügedən sahədə çalışan həkimlərin aylıq vəzifə (tarif) maaşları 2 dəfə artım əmsalı tətbiq edilməklə müəyyən edilir. 

Nümunə 3: 

Təcili və təxirəsalınmaz tibbi yardımda çalışan təcili tibbi yardım həkiminin 12-ci dərəcə aylıq vəzifə (tarif) maaşı 468 manatdır. Təcili tibbi yardım həkimlərinin aylıq vəzifə (tarif) maaşlarına 2 dəfə artım əmsalı tətbiq edilir. 936+250=1186 manat. 

Sabit həvəsləndirici əlavələr verilən qeyri-tibb işçilərinin siyahısına isə tibb müəssisələrində çalışan müharibə iştirakçıları ilə iş üzrə mütəxəssislər əlavə edilib. Bu mütəxəssislər üçün sabit aylıq əlavə 350 manat məbləğində müəyyən olunub. 
Qeyd edək ki, artım şamil edilən həkimlərin məvacibinə həmçinin Qaydanın 6-cı bəndində qeyd edilən əmək şəraitinə görə əlavələr hesablana bilər. Yekun məbləğdən işçi tərəfindən ödənilməli olan əməkhaqqına dair bütün tutulmalar hesablanır. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

TƏBİB-in Nazirliyin tabeliyinə verilməsinin səbəbi BƏLLİ OLDU

TƏBİB-in Nazirliyin tabeliyinə verilməsinin səbəbi BƏLLİ OLDU

Sumqayıtda “falçılıq” adı altında dələduzluq edən şəxs saxlanıldı – FOTO

Sumqayıtda “falçılıq” adı altında dələduzluq edən şəxs saxlanıldı – FOTO

Göldə qızıl külçə tapdı - 6 ay sonra sahibi oldu

Göldə qızıl külçə tapdı - 6 ay sonra sahibi oldu

Hafiz İsmayılbəyli yenidən vəzifəyə TƏYİN OLUNA BİLƏR

Hafiz İsmayılbəyli yenidən vəzifəyə TƏYİN OLUNA BİLƏR

Həmin gülə Messinin adı verildi

Həmin gülə Messinin adı verildi

Azərbaycanın neft ixracında 5 əsas ölkə bəlli oldu

Azərbaycanın neft ixracında 5 əsas ölkə bəlli oldu

Bakıda evlər söküləndə sakinlərə neçə faiz artıq sahə verilə bilər?

Bakıda evlər söküləndə sakinlərə neçə faiz artıq sahə verilə bilər?

Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR

Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR

Maqsud Babayev vəfat etdi

Maqsud Babayev vəfat etdi

Tarixdə İLK: Ukraynada yaralı əsgər PUA vasitəsilə döyüş meydanından təxliyə edildi – FOTO/VİDEO

Tarixdə İLK: Ukraynada yaralı əsgər PUA vasitəsilə döyüş meydanından təxliyə edildi – FOTO/VİDEO

Dünyanın ən çox qazanan 10 futbolçusu - Yeni reytinq

Dünyanın ən çox qazanan 10 futbolçusu - Yeni reytinq

Zibilə atmadan əvvəl iki dəfə düşünün - üzüm saplağındakı xəzinə

Zibilə atmadan əvvəl iki dəfə düşünün - üzüm saplağındakı xəzinə

Manevr qaydalarının pozulması ölümlə nəticələndi – Qəzanın ANBAAN VİDEOSU

Manevr qaydalarının pozulması ölümlə nəticələndi – Qəzanın ANBAAN VİDEOSU

Əhalinin DİQQƏTİNƏ: 19-20 oktyabrda...

Əhalinin DİQQƏTİNƏ: 19-20 oktyabrda...

Alimlər açıqladı: Valideynlər ən çox hansı övladını sevir?

Alimlər açıqladı: Valideynlər ən çox hansı övladını sevir?

Bu günlərdə İçərişəhərə gələnləri nələr gözləyir? – RƏSMİ

Bu günlərdə İçərişəhərə gələnləri nələr gözləyir? – RƏSMİ

Azad edilmiş ərazilərdə daha 256 mina aşkarlandı

Azad edilmiş ərazilərdə daha 256 mina aşkarlandı

Kapital Bank enerji effektivliyi üzrə layihəni maliyyələşdirdi: günəş panelləri qurulur

Kapital Bank enerji effektivliyi üzrə layihəni maliyyələşdirdi: günəş panelləri qurulur

Bəzi işbazlar avtomobildəki problemi gizlətmək üçün bu yola əl atırlar - VİDEO

Bəzi işbazlar avtomobildəki problemi gizlətmək üçün bu yola əl atırlar - VİDEO

Baş nazirin müavinlərinin sayı 4 oldu

Baş nazirin müavinlərinin sayı 4 oldu

Pensiyalar BU TARİXDƏ ÖDƏNİLƏCƏK

Pensiyalar BU TARİXDƏ ÖDƏNİLƏCƏK

Xəzərin Azərbaycana mənsub hissəsində qaçaqmal aşkar olundu - FOTO

Xəzərin Azərbaycana mənsub hissəsində qaçaqmal aşkar olundu - FOTO

Hamı onları sakit tanıyır: Qəzəblənəndə tamamilə dəyişən 3 bürc

Hamı onları sakit tanıyır: Qəzəblənəndə tamamilə dəyişən 3 bürc

Bakcell-in baş icraçı direktoru ADA Universitetinin tələbələri ilə görüşüb – FOTO

Bakcell-in baş icraçı direktoru ADA Universitetinin tələbələri ilə görüşüb – FOTO

End of content

No more pages to load

RADİO