Autizm haqqında Məlumatlandırma Günü - Azərbaycanda bu sindromdan əziyyət çəkən 1383 uşaq var 

2008-ci ildən başlayaraq hər il aprelin 2-i Ümumdünya Autizm haqqında Məlumatlandırma Günü kimi qeyd olunur. 

Bizim.Media xəbər verir ki, bu barədə BMT Baş Assambleyası 2007-ci il dekabrın 18-də qətnamə qəbul edib.

Həmin günün qeyd edilməsi xəstəlikdən əziyyət çəkənlərə kömək etmək və onların həyat səviyyəsini yüksəltmək məqsədi daşıyır.

Əsəb sisteminin inkişafının pozulması nəticəsində yaranan autizmə 3 yaşadək uşaqlarda rast gəlinir.

Xəstəliyə üç əlamət - qarşılıqlı sosial əlaqələrin çatışmazlığı, kommunikasiyaya və maraq məhdudluğu və təkrarlanan davranış pozuntusu əsasında diaqnoz qoyulur:

Autizm məhdud davranışlara aparıb çıxaran, beynin inkişafına təsir edən bir xəstəlikdir. Dünyada böyük bir bəlaya çevrilən autizm daha çox nitq və davranışda qeyri-adiliklə, pozuntularla müşayiət olunur. 
Bütün dünyada olduğu kimi ölkəmizdə də autizm XXI əsrin ən qlobal problemlərindən hesab edilir. Aparılmış tədqiqatlara əsasən dünya əhalisinin təxmini 1 faizi, yəni 70 milyon əhali autizmdən əziyyət çəkir.

Onu XXI əsrin ən qlobal problemlərindən hesab edirlər. Autizmin əlamətləri 2-3 yaşdan etibarən özünü büruzə versə də, ən dəqiq diaqnoz 3 yaşında qoyulur. Valideynlər isə həmin əlamətləri daha erkən hiss etməlidirlər. 

Autizmin müxtəlif növləri var. Bunlardan ən geniş yayılmış Asperger sindromu, atipik autizm və uşaq autizmini misal çəkmək olar. Uşaq autizmi 3 yaşa qədər inkişafda ləngimələr, stereotip hərəkətlər, ünsiyyətdə problemlər, ətraf mühiti anlamaqda problemlər və s. kimi əlamətlər bu növ üçün xarakterikdir.

Onun yaranmasının dəqiq səbəbləri hələ də elmə məlum deyil.

Əvvəllər bu xəstəlik valideyn tərəfindən diqqətsizlik və ya uşaqlara vurulan peyvəndlərlə əlaqələndirilirdi. Lakin aparılan araşdırmalar bunu təkzib edir. Nəsildə autizmdən əziyyət çəkənlər olduqda uşaqda da bunun olması istisna deyil, lakin bu da çox az rast gəlinən haldır.
Xəstəliyin dərəcəsindən asılı olaraq həmin xəstələrin çoxu tam məhsuldar həyat sürmək qabiliyyətinə malikdir. 

Qeyd edək ki, 2020-ci ilin hesabatına görə, Azərbaycanda qeydiyyatda olan autizimli uşaqların sayı 1383, atipik autizimli (atipik təqdimatlı autizm spektri pozğunluğunun bir növü) uşaqların sayı isə 46 nəfərdir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“Cəbhədə internet problemi yaşanır” - Zelenski

“Cəbhədə internet problemi yaşanır” - Zelenski

UEFA-dan “Sabah”-“Borussiya” oyununa dair MARAQLI FAKTLAR - FOTO

UEFA-dan “Sabah”-“Borussiya” oyununa dair MARAQLI FAKTLAR - FOTO

Hakimiyyəti ələ keçirməyə çağıran 7 Türkiyə vətəndaşı beynəlxalq AXTARIŞA VERİLDİ

Hakimiyyəti ələ keçirməyə çağıran 7 Türkiyə vətəndaşı beynəlxalq AXTARIŞA VERİLDİ

Kofeşopda QALMAQAL: Müdirdən pulunu istəyən işçiyə narkotik ittihamı - VİDEO

Kofeşopda QALMAQAL: Müdirdən pulunu istəyən işçiyə narkotik ittihamı - VİDEO

Sərnişinlərin NƏZƏRİNƏ: Bəzi avtobusların hərəkət sxemi müvəqqəti dəyişdiriləcək

Sərnişinlərin NƏZƏRİNƏ: Bəzi avtobusların hərəkət sxemi müvəqqəti dəyişdiriləcək

Leyla Əliyeva Türkmənistanda səfərdədir - FOTO

Leyla Əliyeva Türkmənistanda səfərdədir - FOTO

Mərdəkanda balıqların kütləvi tələf olması ilə bağlı RƏSMİ AÇIQLAMA

Mərdəkanda balıqların kütləvi tələf olması ilə bağlı RƏSMİ AÇIQLAMA

Tomatın kiflənməsinə son: Bankaya sadəcə 2 ədəd atın

Tomatın kiflənməsinə son: Bankaya sadəcə 2 ədəd atın

Almaniya tarixi səhvini 16 il sonra necə düzəltdi?

Almaniya tarixi səhvini 16 il sonra necə düzəltdi?

ARDNF ümumilikdə 217 milyard dollardan çox gəlir əldə edib

ARDNF ümumilikdə 217 milyard dollardan çox gəlir əldə edib

Tibbi kosmetologiya sahəsinin perspektivi: Tanınmış kosmetoloqun növbəti konfransı olacaq

Tibbi kosmetologiya sahəsinin perspektivi: Tanınmış kosmetoloqun növbəti konfransı olacaq

Makronun seçkiöncəsi QORXUNC PLANI – Fransa idarəolunmaz xaosa SÜRÜKLƏNİR

Makronun seçkiöncəsi QORXUNC PLANI – Fransa idarəolunmaz xaosa SÜRÜKLƏNİR

DTX-dən ƏMƏLİYYAT - Masazırda avtomobillərin yandırılmasını təşkil edən şəxs xaricdə saxlanıldı

DTX-dən ƏMƏLİYYAT - Masazırda avtomobillərin yandırılmasını təşkil edən şəxs xaricdə saxlanıldı

Ən az enerji sərf edən elektromobil bəlli oldu

Ən az enerji sərf edən elektromobil bəlli oldu

27 mindən çox şəxsin pensiyası barədə QƏRAR VERİLDİ

27 mindən çox şəxsin pensiyası barədə QƏRAR VERİLDİ

Azərbaycanlıları da narahat edəcək qərar: Volkswagen-in 660 min işçisi nəyə etiraz edir?

Azərbaycanlıları da narahat edəcək qərar: Volkswagen-in 660 min işçisi nəyə etiraz edir?

Türkiyənin bəzi media orqanlarının qarayaxma kampaniyasına Mətbuat Şurasından REAKSİYA

Türkiyənin bəzi media orqanlarının qarayaxma kampaniyasına Mətbuat Şurasından REAKSİYA

TƏBİB-in Nazirliyin tabeliyinə verilməsinin səbəbi BƏLLİ OLDU

TƏBİB-in Nazirliyin tabeliyinə verilməsinin səbəbi BƏLLİ OLDU

Sumqayıtda “falçılıq” adı altında dələduzluq edən şəxs saxlanıldı – FOTO

Sumqayıtda “falçılıq” adı altında dələduzluq edən şəxs saxlanıldı – FOTO

Göldə qızıl külçə tapdı - 6 ay sonra sahibi oldu

Göldə qızıl külçə tapdı - 6 ay sonra sahibi oldu

Hafiz İsmayılbəyli yenidən vəzifəyə TƏYİN OLUNA BİLƏR

Hafiz İsmayılbəyli yenidən vəzifəyə TƏYİN OLUNA BİLƏR

Həmin gülə Messinin adı verildi

Həmin gülə Messinin adı verildi

Azərbaycanın neft ixracında 5 əsas ölkə bəlli oldu

Azərbaycanın neft ixracında 5 əsas ölkə bəlli oldu

Bakıda evlər söküləndə sakinlərə neçə faiz artıq sahə verilə bilər?

Bakıda evlər söküləndə sakinlərə neçə faiz artıq sahə verilə bilər?

End of content

No more pages to load

RADİO