Palma yağlarının təhlükəsi – “Azərbaycanda 2 milyon ton süd çatışmazlığı var” - ARAŞDIRMA

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) iki il öncə dərc etdiyi hesabatda deyilir ki, palma yağından istifadə piylənməyə və qlobal miqyasda xroniki xəstəliklərin inkişafına gətirib çıxarır. 

Azərbaycan əhalisinin də bir qisminin bu yağdan istifadəsini nəzərə alsaq, onun ziyanları ilə bağlı mütəxəssislər tərəfindən edilən həyəcan təbilini göz ardı edə bilmərik. 

Xatırladaq ki, bu yağın əsas istehsalı əsasən Hindistan, Malaziya və İndoneziyada həyata keçirilir və bir çox ölkələrə idxal olunur, lakin ondan imtina edən ölkələr də  az deyil.  İlk olaraq bu yağın idxalını Fransa qadağan edib.

 

MÖVZU İLƏ BAĞLI:

İnfarktın qurbanı olmamaq üçün bu əlamətlərə DİQQƏT!


İdxalı dayandıran ölkələr arasında Danimarka, Litva və İtaliya da yer alır. 2023-cü ildə isə Avropa İttifaqına daxil olan digər ölkələr də palma yağının idxalını tamamilə dayandıracaqlar.
Azərbaycan isə bu yağın idxalını qadağan edə bilmir. Təkcə ötən il 55 milyon dollarlıq palma yağı idxal olunub.

Bunun səbəbi nədir? Niyə ölkəmiz onun idxalının qarşısını almır. Mövzunu ekspert Vahid Məhərrəmovla davam etdirdik.

O, Bizim.Media-ya açıqlamasında ölkə olaraq yağ təlabatımızı ödəyə bilmədiyimizi dedi:

“Ona görə də yağ, pendir, xama, süd məhsullarında da palma yağından istifadə olunur. Siz təsəvvür edin ki, 1 kq kərə yağı almaq üçün 25 litrə yaxın  təbii inək  südü lazımdır. Ölkədə kərə yağı əhalinin 1/3-nin tələbatını ödəyə bilir".

"Azərbaycanda təxminən 25 min tona yaxın kərə yağı istehsal edilir. Bu rəqəm 75 min ton olmalıdır. Nazirlər Kabinetinin müəyyən etdiyi istehlak səbətində adambaşına ildə 7.7 kq kərə yağı düşür. Biz kərə yağı istehsalında geri qalırıq".

"Azərbaycan  tələbatının yarısı qədər süd istehsal edə bilmir. Ümumdünya Ticarət Təşkilatı Azərbaycan üçün müəyyən edib ki, 4 milyon ton süd istehsal etməlidir. Ölkəmiz isə 2 milyon ton süd ərsəyə gətirir. Adambaşına il ərzində 405  kq  süd, kərə yağı pendir və digə süd məhsulları düşməlidir. Lakin biz bu ehtiyacımızı qarşılaya bilmirik”.

Ekspert bildirdi ki, ölkəyə gətirilən palma yağı satışda yoxdur:

“Əsasən emal müəssisələri bu yağdan istifadə edir. Palma yağı kəsmik, xama, dondurmada yağlılığı artırmaq üçün lazım olur. Əlbəttə ki, bu, yolverilməzdir. İstehsalçılar aldadılır. Bu qidaların hər birinin tərkibində təbii məhsullar olmalıdır. Qablaşdırmasında isə tərkibi açıq-aydın qeyd edilməlidir".

"Palma yağı sözünü elə  yazırlar ki, istehsalçıların bundan xəbəri belə olmur. Palma yağı insanlarda aslılıq yaradır. Təəssüflər olsun ki, biz palma yağının mənşəyini təhlil edə bilmədyimiz  üçün deyə bilmirik ki, ziyanlıdır, ölkəyə idxalı dayandırılsın".

"Bunun üçün xüsusi laboratoriya, tədqiqatçılar olmalıdır. Palma yağı ucuz başa gəldiyi üçün istifadə olunur. Yağ tələb olunan qidaları heç kim kərə yağı ilə hazırlamır”.

Mövzu ilə bağlı Qida Təhlükəsizliyi Agentliyinin də münasibətini öyrəndik. Qurumdan Bizim.Media-nın sorğusuna cavab olaraq bildirildi ki, Azərbaycanda bu yağın təyinatı üzrə istifadə edilməsinə heç bir maneə yoxdur: 

 

“Müxtəlif növ qənnadı məmulatları, dondurma və bir çox şirniyyatlarda bu yağlardan istifadə olunur. Ümumiyyətlə, palma yağı qida sənayesində istifadəsinə görə dünyada ən geniş yayılmış yağlardan biridir".


"Tərkibinə palma yağı əlavə olunmuş və təbii kərə yağı adı ilə müştərilərə təklif edilən yağın satışı isə istehlakçıların hüquqlarının pozulması səbəbi ilə qadağan olunur”.

Qida üzrə mütəxəssis Şəhla Hüseynovanın fikri isə belədir, alıcılar adi selofanlara bükülüb satılan yağları almamalıdırlar, çünki bu yağların mənşəyi bilinmir:

“İstehlakçının tam haqqıdır ki, məhsulunun sertifikatını tələb etsin”.

Həkim Mətanət Nəcəfova hesab edir ki, bu tip yağlar piylənməni artırır, artıq çəki problemi yaradır: 

“Orqanizmin lipit spektorunu  artıra bilir. Trans yağların həzmi çətin olur. Bu tip yağlar mədəaltı vəzi yükləyə bilir. Mədəaltı vəzi ağırlaşdırdığı üçün köp və  metarizm kimi xəstəliklərə səbəb olur. Bu yağın miqdarı çox olanda insanda həzm prosesi çox çətin gedir. Bundan başqa, xolistirin yüksəkliyi, ürək-damar, onurğanın qığırdaq toxumasının xəstəliklərini yaranmasına səbəb olur.

Tədqiqatlarda göstərilir ki, palma yağının orqanizmə təsiri dünya miqyasında geniş müzakirə mövzusu olsa da, indiyə qədər insan sağlamlığına hər hansı bir mənfi təsiri elmi cəhətdən sübuta yetirilməyib.

Sadəcə olaraq bu yağı da təyinatı üzrə istifadə etmək lazımdır.  Beləki palma ağacının meyvəsindən iki növ (meyvə əti və çəyirdək) yağ emal edilir.

Emal olunmuş yağ texniki məqsədlər üçün, yaxud da məişətdə istifadə olunur. Texniki məqsədlər üçün kosmetik vasitələrin, sabunların tərkibində, məişətdə isə kulinariyada istifadə olunur. Məişət üçün nəzərdə tutulan palma yağı 200 dərəcədən artıq qızdırıldıqda insan orqanizmi üçün zərərli olur, lakin bu hal digər yağ növlərinə də (kərə və ya duru yağlar) aiddir.

Əgər texniki məqsədlər üçün nəzərdə tutulan yağ məişətdə istifadə olunarsa, bu da insan orqanizmi üçün zərərlidir. 

Gülşanə Mustafayeva, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur - Sakinlər narahatdırlar - VİDEO

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur - Sakinlər narahatdırlar - VİDEO

Azərbaycan və BMT arasında ekoloji problemlərin həlli müzakirə edildi - FOTO

Azərbaycan və BMT arasında ekoloji problemlərin həlli müzakirə edildi - FOTO

“Real”la münaqişəyə görə vəzifəsindən GEDƏ BİLƏR

“Real”la münaqişəyə görə vəzifəsindən GEDƏ BİLƏR

Tramp: “Zelenski Ukraynadakı münaqişənin başa çatmasını istəmir”

Tramp: “Zelenski Ukraynadakı münaqişənin başa çatmasını istəmir”

“Çox nahaq yerə özün üçün yaşayırsan”

“Çox nahaq yerə özün üçün yaşayırsan”

Lavrov: “Dünya enerji sabitliyini Rusiya deyil, ABŞ və Aİ pozmağa başlayıb”

Lavrov: “Dünya enerji sabitliyini Rusiya deyil, ABŞ və Aİ pozmağa başlayıb”

Tramp: “Fransiyadakı vəziyyət çox kədərlidir”

Tramp: “Fransiyadakı vəziyyət çox kədərlidir”

UEFA FİFA-dan HESABAT tələb etdi

UEFA FİFA-dan HESABAT tələb etdi

Mağazaların “qaytarılmır” bəhanəsi - arxasında nə dayanır?

Mağazaların “qaytarılmır” bəhanəsi - arxasında nə dayanır?

Zəngilan şəhərinin işğaldan azad edilməsindən 6 İL ÖTÜR

Zəngilan şəhərinin işğaldan azad edilməsindən 6 İL ÖTÜR

Leyla Əliyeva Arkadağ şəhərində əfsanəvi "Galkynyş" milli atüstü oyunlar qrupunun çıxışını izləyib - FOTO

Leyla Əliyeva Arkadağ şəhərində əfsanəvi "Galkynyş" milli atüstü oyunlar qrupunun çıxışını izləyib - FOTO

Melonidən sonra onlar… - Kraliça və şahzadə saxta görüntülərin QURBANI OLDULAR

Melonidən sonra onlar… - Kraliça və şahzadə saxta görüntülərin QURBANI OLDULAR

Leyla Əliyeva Türkmənistan Dövlət Simfonik Orkestrinin konsertində - FOTO

Leyla Əliyeva Türkmənistan Dövlət Simfonik Orkestrinin konsertində - FOTO

Ronaldo millidəki davranışına görə CƏZALANDIRILDI

Ronaldo millidəki davranışına görə CƏZALANDIRILDI

Astaranın 5 ərazisində QAZ OLMAYACAQ

Astaranın 5 ərazisində QAZ OLMAYACAQ

Parisda komendant saatı ELAN OLUNDU

Parisda komendant saatı ELAN OLUNDU

Merts: “Rusiya və müttəfiqləri təkcə Ukraynaya deyil, dünya dəyərlərinə də hücum edir”

Merts: “Rusiya və müttəfiqləri təkcə Ukraynaya deyil, dünya dəyərlərinə də hücum edir”

Leyla Əliyeva Arkadağda Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub - FOTO

Leyla Əliyeva Arkadağda Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub - FOTO

Roma Papasından Rusiya və Ukraynaya humanitar atəşkəs ÇAĞIRIŞI

Roma Papasından Rusiya və Ukraynaya humanitar atəşkəs ÇAĞIRIŞI

Rusiyanın Kiyevə hücumu zamanı Azərbaycan təşkilatının ofisinə ziyan dəydi - FOTO

Rusiyanın Kiyevə hücumu zamanı Azərbaycan təşkilatının ofisinə ziyan dəydi - FOTO

Dünyanın ən çox qazanan futbolçularının SİYAHISI – Ronaldo və Messi zirvədədir

Dünyanın ən çox qazanan futbolçularının SİYAHISI – Ronaldo və Messi zirvədədir

Leyla Əliyeva Arkadağ şəhərində Oğulcahan Atabayeva ilə görüşüb - FOTO

Leyla Əliyeva Arkadağ şəhərində Oğulcahan Atabayeva ilə görüşüb - FOTO

Türkiyədə Maksim Qalkinin konsertinin ləğvi TƏLƏB OLUNUR - FOTO

Türkiyədə Maksim Qalkinin konsertinin ləğvi TƏLƏB OLUNUR - FOTO

Yavər Şıxəliyev VƏFAT ETDİ

Yavər Şıxəliyev VƏFAT ETDİ

End of content

No more pages to load

RADİO