Şairləri susan millət...

 

                             








                              “Burax məni hayqırayım, susarsam sən matəm et, 

                               Unutma ki, şairləri hayqırmayan bir millət

                               Sevənləri torpaq olmuş yetim cocuq kimidir”

 

                                                              Məhmət Əmin Yurdaqul

 

Mən şairəm, yoxdur mənim zülm önündə susmaq haqqım,

Ömrüm boyu həqiqətin gözlərinə məğrur baxdım.

Bu gün əzab içindəsə mənim yurdum, mənim xalqım,

Mən susmaram, sussa belə yer üzündə bütün xilqət,

Əziləcək hər bir zaman şairləri susan millət!

 

Bir yanlışa qurban gedir milyon cavan, milyon qoca,

Tənə edir bu diyarda haqsız haqqa, varlı aca,

Oysa xalqdır, oysa haqdır hər ucadan daha uca,

Heç bir kəsin haqqı yoxdur bu millətə qoysun minnət,

Əziləcək hər bir zaman şairləri susan millət!

 

Əgər kimsə bu millətin hüququnu qəsb edirsə,

Ona nicat verməliyəkən ölümünə səs verirsə,

Oğlu şəhid olan ana çörək gəzib dərd yeyirsə,

Kim verməli bu dəhşətə, düz, qərəzsiz, doğru qiymət?

Əziləcək hər bir zaman şairləri susan millət!

 

Bu ölkədə həqiqətə qardaş olub şübhə, güman,

Hara baxsan zora səcdə, şana hörmət, vara iman.

Ölüb artıq ədalətin bərpasına olan inam,

İnanmaq zor bu cəhənnəm nə zamansa olar cənnət,

Əziləcək hər bir zaman şairləri susan millət!

 

Üsyan ”“ budur şair üçün gerçək, böyük qəhrəmanlıq,

Olmayıbdır, olmayacaq onlar üçün əminamanlıq.

Hansı şüur bu sənətdə axtarırsa firavanlıq,

Demək ondan çox uzaqdır parlaq zəka, incə hikmət,

Əziləcək hər bir zaman şairləri susan millət!

 

Şairləri susan millət, qalx ayağa, de sözünü,

Şairlərdən yoxdur haray, şairlərdən çək gözünü.

Ya tarixin sınağında ara, axtar, tap özünü,

Ya da qəhr ol, qoy haqlasın əbədilik səni zillət,

Əziləcək hər bir zaman şairləri susan millət!

 

Seymur Əliyev

e-mail: [email protected]

 

 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Yuxarı Zeyxur kəndində yol, su və bağça problemi GÜNDƏMDƏ - FOTO

Yuxarı Zeyxur kəndində yol, su və bağça problemi GÜNDƏMDƏ - FOTO

Bakı-Naxçıvan reysləri buna görə ləğv edilirmiş – RƏSMİ

Bakı-Naxçıvan reysləri buna görə ləğv edilirmiş – RƏSMİ

Azərbaycan futbolunda TARİXİ UĞUR

Azərbaycan futbolunda TARİXİ UĞUR

Qazaxda çəkilən BU GÖRÜNTÜLƏR müzakirələrə səbəb oldu - FOTO

Qazaxda çəkilən BU GÖRÜNTÜLƏR müzakirələrə səbəb oldu - FOTO

Türkiyənin S-400-ü satmasına Kremldən reaksiya

Türkiyənin S-400-ü satmasına Kremldən reaksiya

Nəriman Həsənzadənin dostu: “Səhhətində irəliləyiş hiss olunur”

Nəriman Həsənzadənin dostu: “Səhhətində irəliləyiş hiss olunur”

Cərrah neştəri ilə ana bətnində tanış olan körpələr – Sayları BƏLLİ OLDU

Cərrah neştəri ilə ana bətnində tanış olan körpələr – Sayları BƏLLİ OLDU

"Türkiyədə bütün pullarımı itirdim, məni çökdürdülər"

"Türkiyədə bütün pullarımı itirdim, məni çökdürdülər"

Əlavə xərc tələb etməyən və sağlamlığı yaxşılaşdıran beş səhər vərdişi

Əlavə xərc tələb etməyən və sağlamlığı yaxşılaşdıran beş səhər vərdişi

Elvin azarkeşlərə belə təşəkkür etdi – FOTO

Elvin azarkeşlərə belə təşəkkür etdi – FOTO

Bakıda yarımstansiyadan 10 minlik oğurluq – ANBAAN VİDEO

Bakıda yarımstansiyadan 10 minlik oğurluq – ANBAAN VİDEO

Çində dəhşətli YANĞIN – 28 nəfər yanaraq can verdi – VİDEO

Çində dəhşətli YANĞIN – 28 nəfər yanaraq can verdi – VİDEO

"Atalar övladlarını atıb yoxa çıxırlar, Allah bunu qızlarıma yaşatmasın"

"Atalar övladlarını atıb yoxa çıxırlar, Allah bunu qızlarıma yaşatmasın"

"İnstagram" və "Facebook" uşaqların psixi sağlamlığına necə zərbə vurur? – Avropa Komissiyasının HESABATI

"İnstagram" "Facebook" uşaqların psixi sağlamlığına necə zərbə vurur? – Avropa Komissiyasının HESABATI

Bakıda "Media və dekolonizasiya" mövzusunda beynəlxalq konfrans keçiriləcək

Bakıda "Media və dekolonizasiya" mövzusunda beynəlxalq konfrans keçiriləcək

Əlilliyi olan şəxslər üçün dövlət saytları nə dərəcədə əlçatandır? – Nazirlikdən AÇIQLAMA

Əlilliyi olan şəxslər üçün dövlət saytları nə dərəcədə əlçatandır? – Nazirlikdən AÇIQLAMA

Göyçayda ev və obyektlərdən oğurluq etməkdə şübhəli bilinən şəxs tutuldu - VİDEO

Göyçayda ev və obyektlərdən oğurluq etməkdə şübhəli bilinən şəxs tutuldu - VİDEO

Rəsmi Bakı İsrailin Türkiyəyə qarşı siyasi hücumunu əngəllədi — TƏHLİL

Rəsmi Bakı İsrailin Türkiyəyə qarşı siyasi hücumunu əngəllədi — TƏHLİL

Küçədə vəhşicəsinə döyülən qadın ərindən şikayətçi olmadı – VİDEO

Küçədə vəhşicəsinə döyülən qadın ərindən şikayətçi olmadı – VİDEO

Yeddinci mərtəbədən yıxılan səkkiz aylıq hamilə qadın sağ qaldı – VİDEO

Yeddinci mərtəbədən yıxılan səkkiz aylıq hamilə qadın sağ qaldı – VİDEO

Atasının ölüm xəbərini alan azərbaycanlı gəmi kapitanı VƏFAT ETDİ – FOTO

Atasının ölüm xəbərini alan azərbaycanlı gəmi kapitanı VƏFAT ETDİ – FOTO

Bakı-Tbilisi qatarına biletlər qalıb?

Bakı-Tbilisi qatarına biletlər qalıb?

Netanyahunun oğlu adını dəyişdi

Netanyahunun oğlu adını dəyişdi

Bakıda qulaqdibi xəstəliyi yayılıb? - RƏSMİ CAVAB

Bakıda qulaqdibi xəstəliyi yayılıb? - RƏSMİ CAVAB

End of content

No more pages to load

RADİO