Son aylar qələmini təmsil janrında sınamağa başlamış keçmişxa0 beynəlxalq iqtisadi əlaqələr naziri Qüdrət Quliyev bu dəfəki təmsilində ayıya “elmi idarə rəhbəri” vəzifəsi verib, eşşəyi “elmlərxa0 doktoru”, donuzu “elmlər namizədi”, tülkünü isə “akademik” edib. Elmə, təhsiləxa0 yalnız havayı qazanc, korrupsiya, rüşvət yolu kimi baxan, amma “elmi inqilab”dan dəm vuranxa0 saxta alimlər yığnağını ifşa edən bu kiçik satirik əsəri nəzərinizə çatdıırıq:xa0
“Meşədə elmi inqilab
Xəbər yayıldı ki, şir verib fərman,
Alim olmalıdır indi hər heyvan!
Elmi və texniki inqilabla biz,
Yeni vəzifələr fəth etməliyiz!
Bundan sonra yalnız elmi olanlar,
Yüksək vəzifəyə qoyulacaqlar.
Alim dərəcəsi olmayan canlar
Meşəmizdən tamam qovulacaqlar.
Elmi inqilabın əziz xətrinə,
Daha bir idarə quruldu yenə.
İdarəyə ayı rəhbər qoyuldu,
Ayı xidmətləri həmən duyuldu.
Düzüldü növbəyə sürü-heyvanlar,
Elmi dərəcəyə iddialılar.

Vüsət aldı elmi adlar bazarı,
Alim eyləməkçün çox nadanları.
Eşşək doktor oldu, donuz namizəd,
Qoyunları yaman boğurdu həsəd:
Niyə biz sürüdən geridə qalaq,
İmkan olan yerdə alim olmayaq?!
Tülkü çıxartmışdı elmin gözünü,
Akademik edib özü-özünü.
Eşşəyin arpasın bölə bilməyən,

“Haqq”ın verib alim olmuşdu həmən.
Xülasə, vaxt keçdi, gəldi yetişdi,
Ayı gəlib Şirə məruzə etdi:
Elmi inqilabı vurduq biz başa,
Alimdir meşəmiz tam, başdan-başa.
Statistika üzrə, sayca dünyanın,
Başındayıq elmi inqilabının.
Minlərlə eşşək və qoyunlar indi,
Elmi fəxrimizdi, böyük alimdi.
Vardısa meşədə alim çox sayda,
Eşşək-qoyun elmi vermirdi fayda.
Fərqli olan buydu, cahil heyvanlar,
Asmışdı boynuna saxta diplomlar.
Qüdrət Qulu
10 Noyabr, 2018-ci il.”