Rəsul Rzanın sarımsaqlı şeiri haqqında Nazim Hikmət nə demişdi?

Böyük türk şairi Nazim Hikmətin Bakıya bir neçə dəfə gəlməsi, hətta görkəmli yazıçımız Yusif Səmədoğlunun toyunda iştirak etməsi haqqında yəqin məlumatlısınız. Hər halda bu barədə ən azı mətbuatda müəyyən məlumatlar dərc edilib. Nazim Hikmətin iki dəfə Gəncədə olması haqqında, daha doğrusu bu səfərlərin maraqlı detalları barədə isə yazılanlar o qədər də çox deyil. Bu mənada yazıçı, dramaturq Altay Məmmədovun Nazim Hikmətin səfəri haqqında yazdıqları dəyərli mənbə hesab oluna bilər. Altay Məmmədovun “Xatirələr işığı”x9d kitabında “Nazim Hikmət Gəncədə”x9d adlı xatirə povesti də var və düşünürük ki, bu povestdə oxucuların marağına səbəb ola biləcək detallar kifayət qədərdir.

xa0

Moderator.az bu mövzuda üçüncü yazını təqdim edir.

Əvvəlki yazıları burdan oxuya bilərsiniz:


Nazim Hikmət Hüseyn Cavidi niyə bəyənmirdi?xa0

Dahi şairi güldürən Aşıq Ələsgər şeirixa0

xa0

xa0Altay Məmmədovun yazdıqlarına əsasən demək olar ki, Nazim Hikmət söhbətlərində Rəsul Rzanın adını tez-tez çəkib, hörmətlə, hərarətlə. O, Əkbər Babayevə Rəsul Rzanın “Azərbaycan”x9d jurnalında çıxan şeirləri yenilik ruhu haqqında danışanda maraqlı bir hadisə baş verir. Sən demə, Nazim Hikmət də söhbətə qulaq asırmış. Altay Məmmədovun o silsilə şeirlər içərisində bircəciyinə iradı olub: “Sevgilim, sən öpüşməyi xoşlayırsan, Mən sarımsaq yeməyi”x9d.

xa0

Altay Məmmədov yazır: “Bəlkə bu parçada Rəsul Rzanın demək istədiyi daha dərin məna gizlənmişdi, lakin bu öz poetik həllini mənə elə gəlir ki, tapmamışdı və elə güman edirdim o biri şeirlərdən aşağı səviyyədə dayanır. Bəzən Rəsul müəllimdə ötkəm bir inadkarlıq olurdu. (Bəsdir, qoy nə deyirlər desinlər). Mən Əkbərə deyəndə ki, opponentlər o biri şeirləri qoyub, bəlkə də bundan yapışdılar, hay-küy qopdu. Nazim Hikmət söhbətə qarışdı:

xa0

- Necə şeirlərdir Rəsulun şeirləri?

xa0

- Çox gözəl. Yenidir, təravətlidir,-dedim.

xa0

- Hansı şeir xoşuna gəlmədi?

xa0

Dedim.

xa0

- Sarımsaqdan şeir yazmaq olmazmı?

xa0

Mənə elə gəldi ki, Nazim Hikmət acıqlanıb. O zaman qətiləşdirdim ki, onların arasında möhkəm bağ var və Rəsul Rzanın hər bir nailiyyəti onu sevindirir.

xa0

Nazimə xoş gələn bir söz deyib mübahisədən qaçmaq olardı. Ancaq onu da bilirdim ki, Nazim Hikmətin belə “qaçışlardan xoşu gəlmir”x9d. O, ancaq açıq söhbət tərəfdarı idi. Belə “qaçışlar”x9d ona pis təsir edirdi. Özünün xarakteri bütöv idi, həmsöhbətlərini də elə görmək istəyirdi, yalançı razılığın, itaətkarlığın düşməni idi Nazim Hikmət. Mən fikrimdən dönmədim. Yaxşı da ki dönmədim. Bunun müqabilində biz Nazim Hikmətin Rəsul Rzanın yaradıcılığı ilə nə qədər dərindən maraqlandığını, qələm dostuna şəxsi məhəbbətini, onun bütün uğurlarını həssaslıqla izlədiyini, böyük ehtiras və çoşğunluqla hər şeirinin, hər misranın arxasında durmağa hazır olduğunu öyrəndik”x9d.

xa0

Nazim Hikmət ədəbiyyatda yeniliyin çox zaman müqavimətə rast gəlməsindən, bunun bəlkə, bu yolla öz başına gələnlərdən bir xeyli danışıb. Sonra isə soruşub:

xa0

“- Məgər sarımsaqdan şeir yazmaq olmazmı?

- Olar-dedim-bir şərtlə.

- Hansı şərtlə.

- O şərtlə ki, şeirdən sarımsaq iyi gəlməsin.

xa0

Bu mübahisə çox xoş finalla, Nazim Hikmətin sinədən gələn gülüşü ilə bitdi”x9d.

xa0

xa0

Altay Məmmədovun kitabında başqa maraqlı məqamlar da var. Sən demə Nazim Hikmət “Aldanmış kəvakib”x9d tipli bir əsər yazmaq istəyirmiş. Altay Məmmədov yazır: “Əkbər (Babayev-red.) Azərbaycanfilm kinostudiyasından “Aldanmış kəvakib”x9d mövuzusunda ssenariyə sifariş almışdı. O, muzikl səpkisində yazmaq niyyətində idi. Ümumiyyətlə, o dövrdə mənə təxminən həmin mövzuda səkkiz-doqquz səhnələşdirmə, libretto, telepyes məlum idi. Ürəyimdə “Aldanmış kəvakib”x9di ictimai-siyasi “Leyli və Məcnun”x9d adlandırmışdım. İnanırdım ki, bu cazibədar mövzu hələ çox sənətkarları özünə cəlb edəcək. Ancaq bir şeyi əqlimə gətirə bilməzdim.

Əkbər dedi:

xa0

- Sənə bir sualım var.

xa0

Dedim:

xa0

- De gəlsin.

- Nazim səninlə bu mövzuda heç söhbət eləmişdimi?

- Hansı mövzuda?

- “Aldanmış kəvakib”x9d

- Yox, -dedim - Nədir ki?

- Mən tamam inanmışdım ki,xa0 o öz fikirlərini sənən bölüşüb. O da “Aldanmış kəvakib”x9d mövzusunda pyes yazmaq arzusunda idi. Təxminən bu mövqedən, bu açarla, bu tamaşada önə çəkilən mətləblərlə. Tamaşaya baxdıqca onun söhbət və mülahizələri gözlərimdən keçirdi. Tamaşa boyu Nazimlə söhbət edirdim, fikir bölürdüm. Tam yəqin eləmişdim ki,xa0 sənnən də söhbət eləyib.

xa0

- Söhbət eləməyib, amma təsəvvür eləyirəm o, nə yazardı, necə yazardı. “Aldanmış kəvakib”x9di dünya səhnəsinə çıxardardı “Məhəbbət əfsanəsi”x9d və “Yusif və Züleyxa”x9d müəllifi.

xa0

Hardasa daxilimdən bir qürur hissi də keçdi Əkbərin sözlərinə görə...”x9d

xa0

Rəşad

Ardı olacaq...xa0

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Güzəştli mənzil almaq istəyənlərin NƏZƏRİNƏ – Növbəti satışların vaxtı AÇIQLANDI

Güzəştli mənzil almaq istəyənlərin NƏZƏRİNƏ – Növbəti satışların vaxtı AÇIQLANDI

İbrahim Tatlısəs son görünüşü ilə diqqət çəkdi - Foto

İbrahim Tatlısəs son görünüşü ilə diqqət çəkdi - Foto

Hündürmərtəbəli binalarda GİZLİ TƏHLÜKƏ - Eyvan məhəccərləri ölüm tələsinə çevrilib?

Hündürmərtəbəli binalarda GİZLİ TƏHLÜKƏ - Eyvan məhəccərləri ölüm tələsinə çevrilib?

Yolunu qısaltmaq istəyən piyada həyatından oldu - ANBAAN VİDEO

Yolunu qısaltmaq istəyən piyada həyatından oldu - ANBAAN VİDEO

Peşə təhsilində təhsilalanların NƏZƏRİNƏ!

Peşə təhsilində təhsilalanların NƏZƏRİNƏ!

İlin ən yaxşı telefonu seçildi— iPhone və Samsung deyil...

İlin ən yaxşı telefonu seçildi— iPhone və Samsung deyil...

Tramp Uitkoffun Azərbaycan və Ermənistan arasında sülh haqqında məqaləsini PAYLAŞDI

Tramp Uitkoffun Azərbaycan və Ermənistan arasında sülh haqqında məqaləsini PAYLAŞDI

DİQQƏT! Güzəştli mənzillər satışa ÇIXARILDI

DİQQƏT! Güzəştli mənzillər satışa ÇIXARILDI

Müharibə olmasaydı, bu məhsulu tanımayacaqdıq - 170 illik tarix

Müharibə olmasaydı, bu məhsulu tanımayacaqdıq - 170 illik tarix

"Kurtlar Vadisi"nin məşhur malikanəsi satışa çıxarıldı: ŞOK QİYMƏTƏ – FOTO

"Kurtlar Vadisi"nin məşhur malikanəsi satışa çıxarıldı: ŞOK QİYMƏTƏ – FOTO

Avtomobil şəhid abidəsinə çırpıldı- Video

Avtomobil şəhid abidəsinə çırpıldı- Video

Plastik cərrah siyahısında yoxdurlar, amma əməliyyat edirlər – Saxta cərrahlar yenə İŞ BAŞINDA – FOTOFAKT

Plastik cərrah siyahısında yoxdurlar, amma əməliyyat edirlər – Saxta cərrahlar yenə İŞ BAŞINDA – FOTOFAKT

Ukrayna Soçidəki neft bazasına zərbə endirdi – VİDEO

Ukrayna Soçidəki neft bazasına zərbə endirdi – VİDEO

Nazirlik 57 min ailəni sevindirdi - MÜHÜM QƏRAR

Nazirlik 57 min ailəni sevindirdi - MÜHÜM QƏRAR

Qızıl dağlar vəd edilən üç BÜRC

Qızıl dağlar vəd edilən üç BÜRC

Azərbaycan nefti BAHALAŞDI

Azərbaycan nefti BAHALAŞDI

“Azərsun Holdinq” “Süni intellekt dövründə effektiv sayt idarəetməsi” mövzusunda təlim keçirib – FOTO

“Azərsun Holdinq” “Süni intellekt dövründə effektiv sayt idarəetməsi” mövzusunda təlim keçirib – FOTO

İrandan Rusiyaya aparılan “təzə soğan” yükündə marixuana aşkarlandı –VİDEO

İrandan Rusiyaya aparılan “təzə soğan” yükündə marixuana aşkarlandı –VİDEO

"Rusiya raketlərlə vurur, kiberhücumlar edilir..." — Finlandiya ən pis ssenariyə HAZIRLAŞIR

"Rusiya raketlərlə vurur, kiberhücumlar edilir..." — Finlandiya ən pis ssenariyə HAZIRLAŞIR

Bu şəxslərə hərbi xidmətdən möhlət hüququ veriləcək – VİDEO

Bu şəxslərə hərbi xidmətdən möhlət hüququ veriləcək – VİDEO

Dünya tarixində ən böyük DEMOQRAFİK BÖHRAN – Qocaların sayı uşaqları ötdü

Dünya tarixində ən böyük DEMOQRAFİK BÖHRAN – Qocaların sayı uşaqları ötdü

Azərbaycanda bu sözü deyənə 15 il həbs verilir? – AÇIQLAMA

Azərbaycanda bu sözü deyənə 15 il həbs verilir? – AÇIQLAMA

Sürücülərin NƏZƏRİNƏ: Bakıda bəzi yollar axşamdan bağlanacaq - SƏBƏB

Sürücülərin NƏZƏRİNƏ: Bakıda bəzi yollar axşamdan bağlanacaq - SƏBƏB

Etirazları dəstəklədi, 12 il həbsə məhkum edildi - Bütün var-dövləti əlindən alındı

Etirazları dəstəklədi, 12 il həbsə məhkum edildi - Bütün var-dövləti əlindən alındı

End of content

No more pages to load

RADİO