Qızları xoşbəxt olmayan bir xalqın axırı da yoxdu...
Elə bu cümləni demişdi ki, yerbəyerdən alqış sədaları yazıçının öz sözünü də yarımçıq qoydu. Bayaqdan onu dinləyən, həm məzəli söhbətlərinə, həm də müdrikyana nəsihətlərinə maraqla qulaq asan müəllimələri bu söz təbii ki, titrətməyə bilməzdi. Nəsihət dedik. Amma yazıçı görüş başlayar-başlamaz bu cümləni xüsusi vurğuladı: “Ömrü boyu məsləhət ala-ala gəlmişəm, odur ki, məsləhət verməyə vaxtım olmayıb”x9d.
Keçək görüşə və ən əsası artıq iki sitatını təqdim etdiyimiz yazıçının kimliyinə. Moderator.az saytının da iştirak etdiyi görüş-diskussiyada (bu yazıçının olduğu görüşü məhz belə adlandırmaq olar) bu ay 70 yaşını qeyd edəcək yazıçı Seyran Səxavət Binəqədi rayonu Namiq Babayev adına 144 saylı orta məktəbin müəllim-şagird heyəti ilə tam sərbəst fikir mübadiləsi aparırdı. “Rəsmi olmayaq, söhbət edək”x9d deyərək həm görüşü giriş sözü ilə açan müəlliməni, həm də onu öz nitqləri ilə tanıdan şagirdləri ağır yükdən xilas etdi.
HAŞİYƏ: “Seyran müəllim, zəhmət olmasa bu kitaba avtoqraf yazasınız. Bunu ağır vaxtlarda Füzilidən gələndə özümlə gətirmişəm”x9d. Bu cümlənin hələ ki, görüşə heç bir dəxli yoxdu. Seyran Səxavəti qarşılayan məktəbin direktoru həcər xanım hələ görüş başlamamış bu xahişi edir. Yazıçının məşhur “Daş evlər”x9d romanının birinci çapına aid kitabı ona göstərir.
Daha sonra məktəbin tarix-diyarşünaslıq mərkəzinə daxil oluruq. Bir qrup müəllimə və şagirdlər artıq ora cəm olub Seyran Səxavəti gözləyirlər. Ədəbiyyat müəlliməsi olan xanım bir neçə şagirdi əməlli başlı hazırlaşdırıb: kimisi yazıçı haqqıda məlumat çatdırır, kimisi onun şeirlərini əzbərdən oxuyur, kimisi isə hekayələrindən müəyyən abzasları səsləndirir. Zəhmət çəkib görüşə intizamla hazırlaşan və bildiklərini çaşmadan deyən şagirdlər səhvə yol verməsələr də onların necə sıxılması Seyran müəllimin gözündən qaçmır. Həmən yazıçıdan qayğıkeş babaya çevrilir. Özü məclisi ələ alır, bəlkə də ömürlərində ilk dəfə diri yazıçı görən şagirdləri çətin vəziyyətdən xilas edir: “kimin nə sualı varsa versin. Pis sual yoxdu, pis cavab var”x9d.
HAŞİYƏ: Seyran müəllim bunu deyən kimi qəfildən Üzeyir Hacıbəyovun “Koroğlu”x9doperasının məşhur “uverturası”x9d səsləndi. Dedim, yəqin, görüş üçün məxsusi səslənib. Nəsə, bu fikir ağlıma bamadı. 45 dəqiqədən sonra yenidən bu musiqi səslənəndə və şagirlərin səs-küyü eşidiləndə dedim, ey dadi-bidad, nə gözəl ki, bu məkəbin zəngi Üzeyirin “Uverturası”x9ddır.
Amma bu görüşdə də musiqi parçası oldu. Uşaqları bugünkü tədbirə hazırlayan ədəbiyyat müəlliməsi “Seyran müəllim, bir musiqi nömrəmiz də var”x9d deyəndən sonra şagirdlərdən əldə qaval olan biri ayağa qalxır. Bir az muğamdan sonra “Qarabağ şikəstəsinə”x9d keçir. Bitirəndən sonra Seyran müəllim öz qiymətini deyir: “Oğlum yaxşı xırdalıqların var, amma çalış adam içində az oxu. Oxuyursan da utanmadan oxu. Utansan dədənin evi yıxıldı”x9d.
Görüşdə yeganə xoşagəlməyən detal şagirdlərin yazıçıya verdiyi sualların qabaqcadan əzbərlənməsi idi. Yəni şagirdin könlündən, beyin süzgəcindən keçməyərək Seyran müəllimə ünvanlanan sualda aşırı pafos hiss olunurdu. Yazıçı bunları gözəl anlasa da babalıq missiyasını axıra qədər yerinə yetirib üz vurmurdu.
Az qala yadımdan çıxmışdı. Orada bir Mahmud da var idi. Yazıçının əsərlərindən dissertasiya müdafiə edən BDU-nun filologiya fakültəsinin müəlliməsi Xəyalə xanımın pakistanlı tələbəsi Mahmud. Onun səmimi çıxışı Seyran müəllimin də xoşuna gəldi. Kövrəldi də. Yəqin İranda keçirdiyi qərib illəri xatırladı....
Elmin Nuri