Beynəlxalq Cinayət Məhkəməsi Rusiyanın Ukraynaya kütləvi raket hücumunu araşdırmaq niyyətindədir.
Bizim.Media CNN-ə istinadən xəbər verir ki, bunu məhkəmənin prokuroru Kərim Xan deyib.
"Beynəlxalq hüquq bu əməli törədənlərin cəzalandırılmasını təmin edəcək. Qanun bəzilərinin istədiyi qədər güclü olmasa da, zəif də deyil" - deyə Xan qeyd edib.
Xatırladaq ki, oktyabrın 10-da Rusiya Ukraynanın paytaxtı Kiyev şəhərini və 12 vilayəti raket atəşinə tutub. Nəticədə 19 nəfər ölüb, 105 nəfər yaralanıb.
Bizim.Media