Rusiya və Türkiyə prezidentləri oktyabrın 13-də görüşəcək.
Bizim.Media TASS-a istinadən xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov bildirib.
"Vladimir Putin və Rəcəb Tayyip Ərdoğan Ukraynadakı vəziyyəti və Rusiya-Türkiyə ikitərəfli münasibətlərini müzakirə edəcəklər" - deyə Peskov qeyd edib.
Qeyd edək ki, Putin-Erdoğan görüşü Qazaxıstan paytaxtı Astanada MDB ölkə başçılarının və Rusiya-Mərkəzi Asiya sammitləri çərçivəsində keçiriləcək.
Bizim.Media