Energetiklərin sözlərinə görə, Ukraynanın Poltava, Sumı, Ternopol, Lvov, Kiyev və Xmelnitski vilayətlərində 3571 yaşayış məntəqəsinin elektrik enerjisi ilə təchizatı bərpa edilib.
Bizim.Media xəbər verir ki, informasiya UNİAN saytında yer alıb.
Mənbə yazır ki, Ukrayna şəhərlərinə dünənki kütləvi raket hücumu nəticəsində artıq 19 nəfər ölüb, 105 nəfər yaralanıb.
Bu barədə Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin mətbuat xidməti məlumat yayıb.
12 vilayətin və Kiyevin atəşə tutulması nəticəsində baş verən 30-dan çox yanğın Fövqəladə Hallar Dövlət Xidməti tərəfindən söndürülüb.
Kiyev, Lvov, Sumı, Ternopol və Xmelnitski vilayətlərində 301 yaşayış məntəqəsi enerjisiz qalıb.
"Dövlət Fövqəladə Hallar Xidməti Dnepropetrovsk, Zaporojye, Sumı, Xarkov və Çerniqov vilayətlərində 15 səhiyyə müəssisəsini elektrik təchizatı ilə təmin etmək üçün 22 elektrik stansiyasını, o cümlədən, mühüm infrastruktur obyektləri üçün 7 elektrik stansiyasını cəlb edib", - məlumatda deyilir.
Bizim.Media