Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) Ukrayna ərazisində fəaliyyətini dayandırmasına dair yayılan xəbərləri təkzib edib.
Bizim.Media “UNIAN”a istinadən xəbər verir ki, qurum Ukrayna şəhərlərinin bu gün raket atəşinə tutulması ilə əlaqədar gücləndirilmiş iş rejimi ilə işləyir.
Xatırladaq ki, daha əvvəl Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Ukrayna ərazisində fəaliyyətini dayandıracağı və bu qərarın təhlükəsizlik məqsədilə verildiyinə dair xəbərlər yayılmışdı.
Bizim.Media