“Rusiya və Belarus birgə regional qoşun qrupunun yerləşdirilməsi barədə razılığa gəliblər”.
Bizim.Media xəbər verir ki, bunu Belarus prezidenti Aleksandr Lukaşenko deyib.
"İttifaq dövlətinin qərb sərhədlərində vəziyyətin gərginləşməsi ilə əlaqədar biz Rusiya Federasiyası və Belarus Respublikasının regional qruplaşmasının yerləşdirilməsi barədə razılığa gəldik. Bütün bunlar bizim sənədlərimizə uyğundur. Təhdid səviyyəsi indiki səviyyəyə çatarsa, indi, biz Birlik Dövləti qruplaşmasından istifadə etməyə başlayırıq" – deyə Lukaşenko qeyd edib.
Bizim.Media