Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevdəki partlayışlardan sonra açıqlama verib.
Bizim.Media xəbər verir ki, o, bununla bağlı videomüraciət yayımlayıb.
“Müharibənin 229-cu günündə bizi məhv etməyə və yer üzündən silməyə çalışırlar. Zaporojyedə evlərində yatanları, Dnepr və Kiyevə işləməyə gedənləri öldürdülər”, - deyə o bildirib.
Zelenski partlayışların baş verdiyi ərazilərdən video paylaşıb və insanlardan sığınacaqları tərk etməmələrini istəyib:
“Bütün Ukrayna ərazisində hava həyəcanı siqnalı dayanmır. Təəssüf ki, ölən və yaralananlar var. Çox xahiş edirəm, sığınacaqları tərk etməyin. Özünüzü və yaxınlarınızı qoruyun”.
Bizim.Media