Xəbər verdiyimiz kimi, bu gün səhər saatlarında Kiyevdə güclü partlayışlar olub. Raketlərin Xəzər dənizindən atıldığı haqda məlumatlar yayılıb. Artıq təkcə Ukrayna paytaxtında deyil, bir sıra iri şəhərlərdə də dağıntılar olub. Ölən və yaralananların olduğu deyilir.
Bizim.Media xəbər verir ki, Telegram kanalında rusların Kiyevdə məşhur "Kliçko" körpüsünü hədəf aldığı ilə bağlı görüntülər yer alıb.
Videoda raketin hədəfə dəymədiyi aydınca görsənir.
Bizim.Media