"Tammiqyaslı müharibənin 229-cu günü. 229-cu gündür ki, bizi məhv etməyə, yer üzündən silməyə çalışırlar”.
Bizim.Media xəbər verir ki, bu fikirləri Ukrayna prezidenti Volodimir Zelenski səsləndirib.
“Zaporojyedə evdə yatan, Dnepr və Kiyevdə işə gedən insanlarımızı məhv etmək istəyirlər”, deyə o, qeyd edib.
Prezident Kiyevdən yeni video yayaraq Ukraynanın hər yerində hava həyəcanının səngimədiyini deyib:
“Şəhərlərimizə raketlər düşür. Təəssüf ki, ölənlər və yaralananlar var. Xahiş edirəm sığınacaqları tərk etməyin. Özünüzün və yaxınlarınızın qayğısına qalın. Gəlin dayanaq və güclü olaq”.
Bizim.Media