"Estoniya, şübhəsiz ki, bu əməliyyatın arxasında duran Ukrayna xüsusi təyinatlılarını alqışlayır”.
Bizim.Media UNİAN-a istinadən xəbər verir ki, bunu Estoniyanın xarici işlər naziri Urmas Reinsalu deyib.
O, hadisə ilə əlaqədər ukraynalıları təbrik edib. Qeyd edək ki, bu gün səhər saatlarında Krım körpüsündə yanacaq çəni yanıb. Nəticədə körpüdə yanğın başlayıb, partlayış olub. Körpüdə nəqliyyatın hərəkəti dayandırılıb.
Ukrayna Prezident Ofisinin rəhbərinin müşaviri Mixaylo Podolyak körpüdəki partlayışın hələ başlanğıc olduğunu söyləyib.
Bizim.Media