BMT-nin hesablamalarına görə, hər gün Avropaya Suriya və İraqdan 8000 qaçqın gəlir
Moderator.az “Unian”x9da istinadən xəbər verir ki, BMT-nin qaçqınlar üzrə Avropa koordinatoru Amin Avad hər gün təkcə Yunanıstana 5000 nəfərdən çox miqrantın gəldiyini açıqlayıb. Beynəlxalq Miqrasiya təşkilatı isə qaçqın axınının qış ayları ərzində də davam edəcəyini söyləyib. Xatırladaq ki, 2015-ci ilin əvvəlindən Avropaya yarım milyona yaxın qaçqın gəlib. Onların arasında suriyalılar, iraqlılar və eritreyalılar çoxluq təşkil edir. - See more at: //axar.az/news/66034#sthash.Hfle7lsl.dpuf