ABŞ prezidentinin milli təhlükəsizlik müşaviri Ceyk Sallivan və Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın İstanbulda görüşüb.
Bizim.Media xəbər verir ki, bu barədə informasiya Telegram kanallarında yer alıb.
Tərəflər regional təhlükəsizlik problemlərini, Finlandiya və İsveçin NATO-ya qəbulu məsələlərini, Azərbaycanla Ermənistan arasındakı sülh danışıqlarını müzakirə ediblər.
Həmçinin, Şərqi Aralıq dənizində hər hansı fikir ayrılığının həlli üçün dialoq və diplomatiyanın vacibliyi vurğulanıb.
Bizim.Media