Prezident Rəcəb Tayyib Ərdoğanın xanımı Əminə Ərdoğan Ukrayna prezidenti Volodimir Zelenskinin həyat yoldaşı Yelena Zelenskayanı İstanbulda qəbul edib.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Ukrayna mətbuatı yayıb.
Mənbə yazır ki, Əminə Ərdoğan Zelenskaya ilə görüşdən şad olduğunu bildirib.
“İnanıram ki, biz Ukrayna xalqının, xüsusilə də müharibənin qurbanı olmuş qadın və uşaqların yaralarını sağaldacağıq. Türkiyə sülh üçün diplomatik missiyasını prosesin əvvəlində olduğu kimi bütün platformalarda davam etdirəcək”, - deyə Əminə Ərdoğan qeyd edib.
Bizim.Media