Moldovada Anım günü ilə bağlı TƏDBİRLƏR keçirilib - FOTO

27 Sentyabrda ölkəmizin Moldovadakı Səfirliyinin önündə 27 Sentyabr – Anım Gününə həsr olunmuş tədbir keçirilib.

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Moldova Respublikasındakı Səfirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, tədbirdə Moldova parlamentinin hakim Fəaliyyət və Həmrəylik Partiyasının deputatı Mariya Panku, siyasi təhlilçi, politoloq Ruslan Şevçenko, Moldovada “Ştefanın davamçıları” gənclər hərəkatının sədri Dumitru Roybu, ictimai-siyasi xadimlər, müxtəlif icma nümayəndələri, çoxsaylı yerli və xarici gənclər, eləcə də həmvətənlərimiz iştirak edib.
İlk öncə, Şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən deputat M.Panku tədbir iştirakçılarını azərbaycan dilində salamlayaraq, anım günündə Vətən müharibəsində şəhid olmuş qəhrəmanların xatirəsini Moldova xalqının nümayəndəsi olaraq ehtiramla yad edib.

Bu münasibətlə, Azərbaycan xalqı ilə həmrəy olduğunu bildirən deputat ölkəmizə sülh və firavanlıq arzulayıb.

M.Panku doğmalarımızın əmin-amanlığının, təhlükəsizliyinin qiymətli olduğunu, bununla bağlı Moldova xalqının müharibəni pislədiyini və sülhün tərəfdarı olduğunu qeyd edib. Moldovanın ölkəmizin ərazi bütövlüyünü dəstəklədiyini vurğulayan deputat çıxışının sonunda Vətən uğrunda canından keçən şəhidlərimizə Allahdan rəhmət diləyib.

Səfir Q.Osmanov çıxışında xalqımız üçün belə mühüm gündə həmrəylik nümayiş etdirərək Səfirlikdə toplaşan qonaqlara təşəkkür edib, Səfir 44 günlük Vətən müharibəsi nəticəsində Prezident İlham Əliyevin rəhbərliyi ilə ordumuzun tarixi ədaləti bərpa etdiyini qeyd edərək, hazırda Qarabağ bölgəsində aparılan genişmiqyaslı bərpa və quruculuq işlərindən söhbət açıb.
Azərbaycanın bölgədə sülh və sabitliyin təminatına istiqamətlənmiş fəaliyyətindən bəhs edən səfir Ermənistanın son təxribatlarının bu prosesə maneə olduğunu vurğulayıb.

Sonda Q.Osmanov Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin 27 sentyabr - Azərbaycan Respublikasında Anım Günü ilə bağlı bəyanatını tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Tədbirdə siyasi təhlilçi R.Şevçenko çıxış edərək Ermənistanın Azərbaycana qarşı 30 ilə yaxın davam edən təcavüzü ilə bağlı tarixi həqiqətlərdən danışıb, bu müddət ərzində Azərbaycan tərəfinin münaqişənin sülh yolu ilə beynəlxalq hüquqa əsaslanan həllinə çalışdığını, buna baxmayaraq müxtəlif illərdə erməni təxribatları nəticəsində çoxsaylı hərbçi və mülki şəxslərin dünyasını dəyişdiyini, bununla da Azərbaycan xalqının səbrinin tükəndiyini qeyd edib.

Eyni zamanda, tədbirdə çıxış edən gənclər hərəkatının sədri D.Roybu ölkəmizə bir neçə il öncə baş tutmuş səfərindən bəhs edərək Azərbaycan xalqının Qarabağa verdiyi yüksək dəyərdən bəhs edib.

O, ötən il yenidən Azərbaycana səfər edərək ermənilər tərəfindən Gəncəyə edilən raket hücumunun acınacaqlı nəticələrinin şahidi olduğunu, tamamilə dağıdılmış Ağdamda qarşılaşdığı mənzərədən təəssüfləndiyini bildirib.

Tədbirdə Moldovadakı Azərbaycanlılar Konqresinin nümayəndəsi Maarif Rəhimov çıxış edərək, bu mühüm tarixi harada yaşamasından asılı olmayaraq bütün azərbaycanlıların unutmamalı olduğunu və Azərbaycanın qüdrəti, ordumuzun qəhrəmanlığı barədə gənclərin, xüsusilə gələcək nəsillərin mütəmadi məlumatlandırılmasının vacibliyini dilə gətirib.

Bundan əlavə, silsilə tədbirlərin davamı olaraq, 27 sentyabr tarixində Moldovanın nüfuzlu xəbər portalı “Noi” xəbər agentliyinin redaksiyasında yerli və azərbaycanlı gənclərin iştirakı ilə Anım Gününə həsr edilmiş konfrans keçirilib.

Konfransda tələbə və gənclər çıxış edərək 30 il davam edən Ermənistan-Azərbaycan münaqişəsinin tarixi aspektləri, Azərbaycanın ərazi bütövlüyünü bərpa etdikdən sonra bölgədə aparılan irimiqyaslı tikinti-bərpa işləri, sülh quruculuğunda Azərbaycanın davamlı səyləri və digər mövzular ətrafında fikir mübadiləsi aparılıb.
Səfirliyin önündə təşkil edilmiş tədbir, habelə “Noi”də keçirilmiş gənclərin konfransı çərçivəsində 27 sentyabr - Azərbaycan Respublikasında Anım Gününə həsr edilmiş foto-şəkillərdən ibarət sərgi təşkil edilib. Sərgi izləyicilərinə foto-şəkillərə dair izahlı məlumat verilib, onları maraqlandıran suallar cavablandırılıb.

27 sentyabr – Anım Günü münasibətilə paytaxt Kişineuda təşkil edilmiş silsilə tədbirlər Moldova KİV-də rumın və rus dillərində işıqlandırılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Yayda bunu heç vaxt etməyin - İstidə ətrin əsas təhlükəsi

Yayda bunu heç vaxt etməyin - İstidə ətrin əsas təhlükəsi

Ronaldo və Messinin şəfərinə qızıl örtüklü telefon: “Əfsanələr” kolleksiyası - VİDEO

Ronaldo və Messinin şəfərinə qızıl örtüklü telefon: “Əfsanələr” kolleksiyası - VİDEO

Niyə köhnə mesajları təkrar oxuyuruq? - Səbəbi

Niyə köhnə mesajları təkrar oxuyuruq? - Səbəbi

Mehriban Əliyeva xərçəngdən əziyyət çəkən Nuraniyə dəstək olub

Mehriban Əliyeva xərçəngdən əziyyət çəkən Nuraniyə dəstək olub

Neymar DÇ-2026-dan sonra 23 milyon dollara YAXTA ALDI

Neymar DÇ-2026-dan sonra 23 milyon dollara YAXTA ALDI

Ağlayan uşağı sakitləşdirən "sehrli" söz

Ağlayan uşağı sakitləşdirən "sehrli" söz

İsrailin xarici işlər naziri İngiltərə millisinin azarkeşlərini ƏLƏ SALDI

İsrailin xarici işlər naziri İngiltərə millisinin azarkeşlərini ƏLƏ SALDI

Biləsuvarda ağır yol qəzası: Ölən var

Biləsuvarda ağır yol qəzası: Ölən var

Qusarda böyük toplantı: 30-dan çox media qurumunun təmsilçiləri və din xadimləri iştirak etdilər - FOTO

Qusarda böyük toplantı: 30-dan çox media qurumunun təmsilçiləri və din xadimləri iştirak etdilər - FOTO

Qırıcılar insanların 5 metrliyindən keçdi – VİDEO

Qırıcılar insanların 5 metrliyindən keçdi – VİDEO

Avqust ayının qeyri-iş günləri - TƏQVİM

Avqust ayının qeyri-iş günləri - TƏQVİM

“Temu” Azərbaycanda bağlanır? - AÇIQLAMA

“Temu” Azərbaycanda bağlanır? - AÇIQLAMA

ABŞ İrana qarşı yeni zərbələr dalğasına başladı - FOTO

ABŞ İrana qarşı yeni zərbələr dalğasına başladı - FOTO

Hərbi xidmətdən yeni qayıdan gənc dənizdə batdı – TƏFƏRRÜAT - VİDEO

Hərbi xidmətdən yeni qayıdan gənc dənizdə batdı – TƏFƏRRÜAT - VİDEO

Nazilə Səfərli Suraxanıdakı tıxacdan şikayətləndi – FOTO

Nazilə Səfərli Suraxanıdakı tıxacdan şikayətləndi – FOTO

Sabah Bakının iki böyük rayonunda qaz olmayacaq

Sabah Bakının iki böyük rayonunda qaz olmayacaq

Nikaraqua İtaliya ilə diplomatik əlaqələri kəsdiyini ELAN ETDİ

Nikaraqua İtaliya ilə diplomatik əlaqələri kəsdiyini ELAN ETDİ

Ağ Ev: İran ABŞ ilə razılaşma əldə etmək istəyir

Ağ Ev: İran ABŞ ilə razılaşma əldə etmək istəyir

Ronaldo DÇ-2026-da antirekorda imza atıb

Ronaldo DÇ-2026-da antirekorda imza atıb

Zelenski Hakan Fidanı ordenlə təltif etdi – FOTO/VİDEO

Zelenski Hakan Fidanı ordenlə təltif etdi – FOTO/VİDEO

Tramp DÇ-2026-nın Final oyununu stadiondan İZLƏYƏCƏK

Tramp DÇ-2026-nın Final oyununu stadiondan İZLƏYƏCƏK

Bakıda qadın plastik qabla DÖYÜLDÜ

Bakıda qadın plastik qabla DÖYÜLDÜ

Ayanın İstanbuldakı evi – VİDEO

Ayanın İstanbuldakı evi – VİDEO

Sumqayıtda sahibsiz itlərin davası kameraya düşdü – VİDEO

Sumqayıtda sahibsiz itlərin davası kameraya düşdü – VİDEO

End of content

No more pages to load

RADİO