Türkiyənin Mersin şəhərində naməlum silahlı şəxslər polis yataqxanasına hücum ediblər.
Bizim.Media “Cnntürk.com”a istinadən xəbər verir ki, iki qadın terrorçunun hücumu nəticəsində 1 polis əməkdaşı həlak olub, 1-i isə yaralanıb.
Türkiyənin daxili işlər naziri Süleyman Soylu açıqlamasında hücum edən terrorçu qadınların atışmada yaralandıqlarını, daha sonra isə özlərini üzərlərində olan partlayıcı ilə partlatdıqlarını söyləyib.
Nazir qeyd edib ki, hücumun arxasında duran bütün şəxslər müəyyən ediləcək və cəzaları veriləcək.
Bizim.Media