“Ust-İlimsk hərbi komissarlığında baş verən hadisəni törədən şəxs Solovyovdan ilhamlanıb”.
Bizim.Media xəbər verir ki, bununla bağlı Ukraynaya məxsus teleqram kanallarında bildirilib.
Belə ki, sentyabrın 25-də telejurnalist Vladimir Solovyov “Rusiya 1” telekanalında yayımlanan “Vladimir Solovyovla axşam” proqramında bəzi hərbi komissaarları güllələmək lazım olduğunu bildirib.
Proqrama qonaq olan Mariya Zaxarova müdafiə nazirliyinin sadəcə dövlət universitetlərində təhsil alan tələbələrin səfərbərliyə cəlb ediləcəyi qərarını şərh edərkən Solovyov “belə qərarlar verən hərbi komissarları güllələmək lazımdır”,- deyə etiraz edib.
Bizim.Media