Dünyaca məşhur kanadalı pop ulduz Castin Biber İranda “Əxlaq” polisi tərəfindən öldürülən Məhsa Əmini haqqında paylaşım edib.
Bizim.Media xəbər verir ki, o, 22 yaşlı qızın fotosunu "Instagram" hesabının hekayə bölməsində paylaşıb.
Qeyd edək ki, Məhsa Əmini bir neçə gün öncə hicabın düzgün bağlanmaması bəhanəsi ilə "Əxlaq" polisi tərəfindən döyülüb. Komaya düşən gənc qız müalicə aldığı xəstəxanada ölüb. Bu səbəblə ölkə miqyasında etiraz aksiyaları keçirilir.
Bizim.Media
