İranın Afinadakı səfirliyinin binasına iki nəfər molotov kokteyli ilə hücum edib.
Bizim.Media "kuwaittimes.com"a istinadən xəbər verir ki, hücum edənlər motosikletdə olub və hadisə yerindən qaçıblar.
Molotov kokteyli səfirliyin binasına dəyib, lakin ciddi maddi ziyana səbəb olmayıb.
Hücuma görə məsuliyyəti hələlik heç bir şəxs və ya qrup öz üzərinə götürməyib.
Bizim.Media