Rusiyada səfərbərlik elanı ölkə vətəndaşlarının nağd pul üçün bankomatlara və bankların kassalarına axınına səbəb olub.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Rusiya mətbuatı yayıb.
Rusiya Mərkəzi Bankının əməliyyat statistikasına əsasən, sentyabrın 23-də bir gündə dövriyyədə olan nağd valyutanın həcmi 132,1 milyard rubl artıb.
Rusiya bank sisteminin bütün tarixində mütləq rekord müharibənin ikinci günü - fevralın 25-də hesablardan, kartlardan və əmanətlərdən 1,4 trilyon rubl çıxarıldığı vaxt qeydə alınıb.
Bizim.Media