İranda dövlətə dəstək aksiyaları keçirildi

Bu gün İranın paytaxtı Tehran, Təbriz, Qəzvin, Zəncan və digər böyük şəhərlərində kütləvi aksiyalar keçirilib.

Bizim.Media xəbər verir ki, aksiya iştirakçıları son günlər ölkədə baş verən iğtişaşları pisləyərək dövləti və onun həyata keçirdiyi siyasəti dəstəkləyiblər.

Aksiyaçılar İran cəmiyyətində qarşıdurma yaratmağa çalışanları, ictimai-siyasi sabitliyi pozanları, dövlət və xüsusi mülkiyyətə zərər vuranların cəzalanmasını tələb ediblər. Qeyd olunub ki, İran xalqı hər zaman dövlətinin yanındadır və onu siyasi xəttini dəstəkləyir.

Diqqətə çatdıraq ki, sentyabrın 16-da Tehranda Məsiha Əmini adlı 22 yaşlı qızın baş örtüyünü düzgün örtmədiyinə görə əxlaq polisi tərəfindən zorakılığa məruz qalaraq ölməsi İranın 60-dan çox şəhərində kütləvi etirazlara səbəb olmuşdu.

Lakin sonrakı günlər etiraz aksiyaları iğtişaşlarla müşayiət olunmağa başladı. Küçə və meydanlara çıxanlar bankları, mağaza və bazarları dağıtdılar.

İlkin hesablamalara görə, ölkə üzrə ümumilikdə 60-dan çox yanğınsöndürən, 35 təcili tibbi yardım, 50-dən çox polis avtomobili yandırılıb. Polislə qarşıdurmada 3 nəfər ağır yaralanıb, 1 polis əməkdaşı həlak olub.

İranın Baş Prokurorluğu iğtişaşlarla əlaqədar cinayət işi açıb, həbs olunanlar var. Hazırda ölkənin hüquq-mühafizə orqanları geniş araşdırma aparırlar. Prezident İbrahim Rəisi hadisələrə münasibət bildirərək qeyd edib ki, ölkədə sabitliyi pozmağa və xalqın təhlükəsizliyini təhdid etməyə cəhd göstərənlər cəzalarını alacaqlar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bu il hansı universitetdə neçə tələbə fərqlənmə diplomu alıb? – RƏQƏMLƏR

Bu il hansı universitetdə neçə tələbə fərqlənmə diplomu alıb? – RƏQƏMLƏR

Yayda bunu heç vaxt etməyin - İstidə ətrin əsas təhlükəsi

Yayda bunu heç vaxt etməyin - İstidə ətrin əsas təhlükəsi

Ronaldo və Messinin şəfərinə qızıl örtüklü telefon: “Əfsanələr” kolleksiyası - VİDEO

Ronaldo və Messinin şəfərinə qızıl örtüklü telefon: “Əfsanələr” kolleksiyası - VİDEO

Niyə köhnə mesajları təkrar oxuyuruq? - Səbəbi

Niyə köhnə mesajları təkrar oxuyuruq? - Səbəbi

Mehriban Əliyeva xərçəngdən əziyyət çəkən Nuraniyə dəstək olub

Mehriban Əliyeva xərçəngdən əziyyət çəkən Nuraniyə dəstək olub

Neymar DÇ-2026-dan sonra 23 milyon dollara YAXTA ALDI

Neymar DÇ-2026-dan sonra 23 milyon dollara YAXTA ALDI

Ağlayan uşağı sakitləşdirən "sehrli" söz

Ağlayan uşağı sakitləşdirən "sehrli" söz

İsrailin xarici işlər naziri İngiltərə millisinin azarkeşlərini ƏLƏ SALDI

İsrailin xarici işlər naziri İngiltərə millisinin azarkeşlərini ƏLƏ SALDI

Biləsuvarda ağır yol qəzası: Ölən var

Biləsuvarda ağır yol qəzası: Ölən var

Qusarda böyük toplantı: 30-dan çox media qurumunun təmsilçiləri və din xadimləri iştirak etdilər - FOTO

Qusarda böyük toplantı: 30-dan çox media qurumunun təmsilçiləri və din xadimləri iştirak etdilər - FOTO

Qırıcılar insanların 5 metrliyindən keçdi – VİDEO

Qırıcılar insanların 5 metrliyindən keçdi – VİDEO

Avqust ayının qeyri-iş günləri - TƏQVİM

Avqust ayının qeyri-iş günləri - TƏQVİM

“Temu” Azərbaycanda bağlanır? - AÇIQLAMA

“Temu” Azərbaycanda bağlanır? - AÇIQLAMA

ABŞ İrana qarşı yeni zərbələr dalğasına başladı - FOTO

ABŞ İrana qarşı yeni zərbələr dalğasına başladı - FOTO

Hərbi xidmətdən yeni qayıdan gənc dənizdə batdı – TƏFƏRRÜAT - VİDEO

Hərbi xidmətdən yeni qayıdan gənc dənizdə batdı – TƏFƏRRÜAT - VİDEO

Nazilə Səfərli Suraxanıdakı tıxacdan şikayətləndi – FOTO

Nazilə Səfərli Suraxanıdakı tıxacdan şikayətləndi – FOTO

Sabah Bakının iki böyük rayonunda qaz olmayacaq

Sabah Bakının iki böyük rayonunda qaz olmayacaq

Nikaraqua İtaliya ilə diplomatik əlaqələri kəsdiyini ELAN ETDİ

Nikaraqua İtaliya ilə diplomatik əlaqələri kəsdiyini ELAN ETDİ

Ağ Ev: İran ABŞ ilə razılaşma əldə etmək istəyir

Ağ Ev: İran ABŞ ilə razılaşma əldə etmək istəyir

Ronaldo DÇ-2026-da antirekorda imza atıb

Ronaldo DÇ-2026-da antirekorda imza atıb

Zelenski Hakan Fidanı ordenlə təltif etdi – FOTO/VİDEO

Zelenski Hakan Fidanı ordenlə təltif etdi – FOTO/VİDEO

Tramp DÇ-2026-nın Final oyununu stadiondan İZLƏYƏCƏK

Tramp DÇ-2026-nın Final oyununu stadiondan İZLƏYƏCƏK

Bakıda qadın plastik qabla DÖYÜLDÜ

Bakıda qadın plastik qabla DÖYÜLDÜ

Ayanın İstanbuldakı evi – VİDEO

Ayanın İstanbuldakı evi – VİDEO

End of content

No more pages to load

RADİO