Naməlum şəxslər Yunanıstanın paytaxtı Afinada İran səfirliyinə hücum ediblər.
Bizim.Media Yunanıstanın “Ekathimerini” qəzetinə istinadən xəbər verir ki, bu barədə informasiyanı Yunanıstan polisi yayıb.
Mənbə qeyd edir ki, motosiklet sürən iki naməlum şəxs səfirliyin binası istiqamətinə “Molotov kokteyli” atıb.
Binaya ciddi ziyan dəyməyib.
Bizim.Media