Günəş sistemimizin ən böyük planeti olan Yupiter yaxın günlərdə Yerə 59 ildən sonra daha da yaxınlaşacaq.
Bizim.Media xəbər verir ki, bu barədə informasiya “teknolojitezi.com” saytında yer alıb.
Mənbə yazır ki, normalda Yerdən 965 milyon kilometr uzaqda olan planet sentyabrın 26-da cəmi 590 milyon kilometr uzaqda olacaq.
Üstəlik, NASA-da çalışan alim Adam Kobelskinin sözlərinə görə, uyğun durbini olan şəxslər nəhəng planetin Yupiterlə birlikdə üç və ya dörd peyklərini də müşahidə edə biləcəklər.
Bizim.Media