Qazaxıstanın sabiq prezidenti Nursultan Nazarbayevin qardaşı oğlu Kayrat Satıbaldıulı və digər şəxslərə qarşı vergilərdən və büdcəyə digər icbari ödənişlərdən yayınma, habelə cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin, digər əmlakın leqallaşdırılması (yuyulması) faktları üzrə ibtidai istintaqı davam edir.
Bizim.Media “Sputnik Qazaxıstan” nəşrinə istinadən xəbər verir ki, Satıbaldıulının etibar etdiyi şəxsin adı açıqlanıb.
Bu, Qazaxıstan vətəndaşı, 1983-cü il təvəllüdlü Əfəndi Kamaldır. O, müəllimdir və bir sıra kommersiya müəssisələrinin direktoru vəzifələrində çalışıb.
Əfəndi cinayət yolu ilə gömrük məsələlərini yerinə yetirib və əldə edilən pul və digər əmlakı leqallaşdırılıb.
Bunun üçün Satıbaldıulı ona hesabdan pulun çıxarılması üçün etibarnamə verib.
Məsələn, Əfəndi 2018-ci ilin iyul və avqust aylarında 3 gün ərzində Satıbaldıulının şəxsi hesabından 37 milyard tenge və 62 milyon ABŞ dolları çıxarıb. Bu epizoda görə o, axtarışa verilib.
Bizim.Media
