İtaliyada növbədənkənar ümumi seçkilər keçirilir

Bu gün İtaliyada növbədənkənar ümumi seçkilər keçiriləcək.

Bizim.Media xəbər verir ki, builki seçkilərdə ölkə tarixində 19-cu qanunverici orqana - parlamentin yuxarı palatası olan Senata 200 senator, aşağı palata - Nümayəndələr Palatasına isə 400 deputat seçiləcək.

Səsvermə yerli vaxtla saat 07:00-da (Bakı vaxtı ilə 09:00) başlayıb və 23:00-dək davam edəcək. Seçkilərdə 50,8 milyondan çox italiyalı səsvermə hüququna malikdir.

Qanunvericiliyə əsasən, seçkilərə 15 gün qalmış ölkədə heç bir rəy sorğusu dərc olunmur.

Sentyabrın 10-da açıqlanan rəy sorğularına əsasən, Giorgia Meloninin rəhbərlik etdiyi ifrat sağçı “İtaliya Qardaşları” Partiyası birinci, Enriko Lettanın rəhbərlik etdiyi mərkəz sol alyans - “Demokrat Partiya” isə ikinci yerdədir. Baş nazir postu uğrunda yarışda G.Meloni qarşısında E.Lettanın şansı daha az görünür.

Sonrakı yerlərdə “Liqa” Partiyasının lideri Matteo Salvini, “Beş Ulduz Hərəkatı”nın (M5S) lideri Cüzeppe Konte, İtaliyanın sabiq Baş naziri və “İrəli İtaliya” Partiyasının rəhbəri Silvio Berluskoni qərarlaşıb.

Rəy sorğularına görə, Giorgia Meloninin rəhbərlik etdiyi ifrat sağçı “İtaliya Qardaşları” Partiyası, Matteo Salvininin rəhbəri olduğu “Liqa” Partiyası, Silvio Berluskoninin rəhbərlik etdiyi “İrəli İtaliya” Partiyası və bəzi kiçik partiyalardan ibarət sağ mərkəzçi alyans hökumət qurmaq üçün çoxluğu qazanacaq.

G.Meloni seçki kampaniyası dövründə bildirib ki, ölkədə ən mühüm problem əhalinin sayının azalması və ailələrin daha az uşaqlı olmasıdır. O, bəyan edib ki, hakimiyyətə gəlsələr ailə məsələləri onlar üçün prioritet olacaq.

45 yaşlı Meloni seçkilərdə qalib gələcəyi təqdirdə ölkədə ilk qadın Baş nazir olmaqla yanaşı, 2008-ci ildən bəri seçki ilə vəzifəyə gələn ilk Baş nazir olacaq. Həmçinin o seçkidən qalib çıxsa, sağçılar 2008-ci ildən bəri ilk dəfə ittifaqla hakimiyyətə gələcəklər.

Enriko Letta isə 2013-cü ilin aprelindən 2014-cü ilin fevralınadək Baş nazir vəzifəsində çalışıb.

Belə ki, 2013-cü ilin fevralında İtaliyada keçirilən ümumi seçkilərdən sonra həftələrlə hökumət qurula bilməyib, o vaxtı Prezident Giorgio Napolitano E.Lettaya ölkədə barışıq hökuməti qurmağı tapşırıb. E.Letta seçki kampaniyası zamanı iş və iş həyatının prioritet olduğunu bildirib, bu sahədə vergiləri azaldacağı ilə bağlı söz verib.

Qeyd edək ki, bu, İtaliya tarixində keçiriləcək 9-cu növbədənkənar seçkilərdir. Ölkədə son 10 ildə vəzifədə olan altı Baş nazir seçkilərdə qələbə qazanaraq deyil, Prezident tərəfindən təyin edilib.

Xatırladaq ki, İtaliyanın Baş naziri Mario Draqi iyulun 21-də istefa ərizəsini Prezident Sercio Mattarellaya təqdim edib. Sercio Mattarella isə 2023-cü ilin ilk aylarında planlaşdırılan ümumi seçkilərin cari il sentyabrın 25-də keçirilməsinə qərar verib.

Mario Draqinin rəhbərlik etdiyi geniş iştiraklı koalisiya hökuməti COVID-19 pandemiyasının yaratdığı sağlamlıq və iqtisadi böhran şəraitində milli birlik hökuməti olaraq 2021-ci il fevralın 13-də qurulub. Bu hökuməti İtaliya parlamentində təmsil olunan 10 siyasi partiya dəstəkləyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bu il hansı universitetdə neçə tələbə fərqlənmə diplomu alıb? – RƏQƏMLƏR

Bu il hansı universitetdə neçə tələbə fərqlənmə diplomu alıb? – RƏQƏMLƏR

Yayda bunu heç vaxt etməyin - İstidə ətrin əsas təhlükəsi

Yayda bunu heç vaxt etməyin - İstidə ətrin əsas təhlükəsi

Ronaldo və Messinin şəfərinə qızıl örtüklü telefon: “Əfsanələr” kolleksiyası - VİDEO

Ronaldo və Messinin şəfərinə qızıl örtüklü telefon: “Əfsanələr” kolleksiyası - VİDEO

Niyə köhnə mesajları təkrar oxuyuruq? - Səbəbi

Niyə köhnə mesajları təkrar oxuyuruq? - Səbəbi

Mehriban Əliyeva xərçəngdən əziyyət çəkən Nuraniyə dəstək olub

Mehriban Əliyeva xərçəngdən əziyyət çəkən Nuraniyə dəstək olub

Neymar DÇ-2026-dan sonra 23 milyon dollara YAXTA ALDI

Neymar DÇ-2026-dan sonra 23 milyon dollara YAXTA ALDI

Ağlayan uşağı sakitləşdirən "sehrli" söz

Ağlayan uşağı sakitləşdirən "sehrli" söz

İsrailin xarici işlər naziri İngiltərə millisinin azarkeşlərini ƏLƏ SALDI

İsrailin xarici işlər naziri İngiltərə millisinin azarkeşlərini ƏLƏ SALDI

Biləsuvarda ağır yol qəzası: Ölən var

Biləsuvarda ağır yol qəzası: Ölən var

Qusarda böyük toplantı: 30-dan çox media qurumunun təmsilçiləri və din xadimləri iştirak etdilər - FOTO

Qusarda böyük toplantı: 30-dan çox media qurumunun təmsilçiləri və din xadimləri iştirak etdilər - FOTO

Qırıcılar insanların 5 metrliyindən keçdi – VİDEO

Qırıcılar insanların 5 metrliyindən keçdi – VİDEO

Avqust ayının qeyri-iş günləri - TƏQVİM

Avqust ayının qeyri-iş günləri - TƏQVİM

“Temu” Azərbaycanda bağlanır? - AÇIQLAMA

“Temu” Azərbaycanda bağlanır? - AÇIQLAMA

ABŞ İrana qarşı yeni zərbələr dalğasına başladı - FOTO

ABŞ İrana qarşı yeni zərbələr dalğasına başladı - FOTO

Hərbi xidmətdən yeni qayıdan gənc dənizdə batdı – TƏFƏRRÜAT - VİDEO

Hərbi xidmətdən yeni qayıdan gənc dənizdə batdı – TƏFƏRRÜAT - VİDEO

Nazilə Səfərli Suraxanıdakı tıxacdan şikayətləndi – FOTO

Nazilə Səfərli Suraxanıdakı tıxacdan şikayətləndi – FOTO

Sabah Bakının iki böyük rayonunda qaz olmayacaq

Sabah Bakının iki böyük rayonunda qaz olmayacaq

Nikaraqua İtaliya ilə diplomatik əlaqələri kəsdiyini ELAN ETDİ

Nikaraqua İtaliya ilə diplomatik əlaqələri kəsdiyini ELAN ETDİ

Ağ Ev: İran ABŞ ilə razılaşma əldə etmək istəyir

Ağ Ev: İran ABŞ ilə razılaşma əldə etmək istəyir

Ronaldo DÇ-2026-da antirekorda imza atıb

Ronaldo DÇ-2026-da antirekorda imza atıb

Zelenski Hakan Fidanı ordenlə təltif etdi – FOTO/VİDEO

Zelenski Hakan Fidanı ordenlə təltif etdi – FOTO/VİDEO

Tramp DÇ-2026-nın Final oyununu stadiondan İZLƏYƏCƏK

Tramp DÇ-2026-nın Final oyununu stadiondan İZLƏYƏCƏK

Bakıda qadın plastik qabla DÖYÜLDÜ

Bakıda qadın plastik qabla DÖYÜLDÜ

Ayanın İstanbuldakı evi – VİDEO

Ayanın İstanbuldakı evi – VİDEO

End of content

No more pages to load

RADİO