İranın Ukraynadakı səfiri akkreditasiyadan məhrum edilib.
Bizim.Media “odessa.online”a istinadən xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, həmçinin İranın Kiyevdəki səfirliyində fəaliyyət göstərən diplomatların sayının əhəmiyyətli dərəcədə azaldılmasına qərar verilib.
Bildirilib ki, bu qərar İranın Ukraynaya qarşı müharibə aparmaq üçün Rusiyaya silah tədarükünə cavab olaraq qəbul edilib.
Bizim.Media