ABŞ-ın Kolorado əyalətində restorana gedən bir müştəri, 20 dollarlıq hesab üçün 1400 dollar bəxşiş ödəyib.
Bizim.Media “Channel 8”-ə istinadən məlumat verir ki, hadisə Kolorado əyalətinin Estes Park adlı ərazisində baş verib.
Müştəri koronavirus səbəbilə maliyyə problemi yaşayan restoran sektorunun canlanması için başladılan "2021 Bəxşiş Kampanyası" çərçivəsində 20 dollarlıq hesab üçün ümumilikdə 1420 dollar ödəyib.
Restoran sahibi müştərinin çalışanlara adam başına 200 dollar olmaqla 1400 dollarlıq bəxşiş verməsinin onlar üçün həm təəccüblü, həm də sevindirici bir hal olduğunu dilə gətirib.
Qeyd edək ki, restoranda sadəcə səhər yeməyi yeyən müştərinin qəbzin üzərinə "Koronavirus çox pis şeydir" şəklində qeyd yazdığı bildirilib.
Bizim.Media
