Dünyanın ən uzun kitabı nəşr olunub.
Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, Fransada nəşr olunan həmin kitab 21540 səhifədən ibarətdir. “One Piece”("Bölünməzlik”) adlanan kitabın kitabxanalarda nümayişi qadağandır.
Qeyd olunur ki, afinalı rəssam İlan Manuaş 1997-ci ildən “One Piece”in bütün epizodlarını oxunmayan kitaba bənzər bir heykəltəraşlığa köçürüb.
Həmin kitabın çəkisi 17 kiloqram, eni isə 80 santimetrdən çoxdur.
Bizim.Media