“Avropa İttifaqı (Aİ) Rusiya Prezidentinin qismən səfərbərliyin elan olunması ilə bağlı qərarına cavab olaraq Moskvaya qarşı yeni sanksiyalar hazırlayacaq və Ukraynaya hərbi dəstəyini artıracaq”.
Bizim.Media xəbər verir ki, bunu Aİ-nin Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell Nyu-Yorkda BMT Baş Assambleyası çərçivəsində Aİ-nin yüksək səviyyəli diplomatlarının fövqəladə iclasının yekunlarına dair jurnalistlərə bildirib.
“Biz Ukraynaya silah verməklə hərbi dəstəyimizi davam etdirəcəyik, bu yardımı artıracağıq və Rusiyaya qarşı yeni məhdudlaşdırıcı tədbirlər qəbul edəcəyik”, - Borrell qeyd edib.
Qeyd edək ki, Aİ Rusiyaya qarşı yeddi sanksiya paketi tətbiq edib.
Bizim.Media