"Meta” şirkətinin rəhbəri Mark Zukerberq üçüncü dəfə ata olacaq.
Bizim.Media xəbər verir ki, bu haqda milyonçu iş adamı sosial şəbəkə hesabında məlumat paylasib.
Mark bildirib ki, həyat yoldaşı, xeyriyyəçi Pristilla Çan yenidən hamilədir və cütlüyün gələn il üçüncü övladı dünyaya gələcək.
Zukerberq öz paylaşımında qarnı artıq yumru olan həyat yoldaşı ilə çəkdirdiyi fotosunu paylaşaraq bu sözləri yazıb.
“Gələn il Maks və Avqustun kiçik bacısı olacağını bildirməyə şadıq”, - deyə Mark yazıb.
Qeyd edək ki, Mark Zukerberq və Pristilla Çan 2003-cü ildə Harvard Universitetində oxuyarkən tanış olublar və 2012-ci ildə ailə qurublar.
Rəşad Əliyev, Bizim.Media
