Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu, iranlı və rusiyalı həmkarı Hüseyn Əmir Abdullahiyan və Sergey Lavrovun iştirakı ilə "Astana Prosesi" çərçivəsində Xarici İşlər Nazirləri Toplantısında görüşüb.
Bizim.Media Türkiyə KİV-nə istinadən xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyindən məlumat verilib.
Məlumata görə görüşdə BMT Baş katibinin Suriya üzrə xüsusi nümayəndəsi Geir Pedersen də iştirak edib.
Görüşün təfərrüatları açıqlanmır.
Bizim.Media