“NATO müttəfiqləri müharibənin ilk vaxtlarından bəri Ukraynaya hərbi dəstək verir”.
Bizim.Media xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberq "Reuters"ə müsahibəsində deyib.
“Müttəfiqimiz ABŞ da digər ölkələr kimi Ukraynaya görünməmiş hərbi dəstək verir Təbii ki, bu, həmin ölkələrin hərbi ehtiyatlarına təsir edir.
Bizim hərbi ehtiyatlarımız azalıb, hazırlıqlı olmaq üçün öz ehtiyatlarımızı da artırmalıyıq. Buna görə də biz-müttəfiqlər hərbi sənaye sahəsində əməkdaşlıq istiqamətində çox yaxından əməkdaşlıq edirik. Tezliklə NATO-nun Baş Qərargahında üzv ölkələrin silahlanma üzrə direktorlarının iclası keçiriləcək”, - Stoltenberq bildirib.
Bizim.Media