Bu gün Misirdə yeni növ koronavirusa qarşı kütləvi vaksinləmə başlayacaq.
Bizim.Media “TASS”a istinadən bildirir ki, bu barədə Misir Prezidenti Əbdülfəttah əs-Sisi açıqlama verib.
İlk növbədə karantin hospitalları, həmçinin ümumi profilli xəstəxanalarda çalışan 207 min tibb işçisi peyvənd olunacaq.
Vaksinasiya xroniki xəstəliyi olanları və yaşlı insanları da əhatə edəcək. Sonrakı illərdə ölkənin bütün əhalisi vaksinasiya ediləcək.
Daha əvvəl Misir Çinin “Sinopharm” əczaçılıq korporasiyasının istehsalı olan vaksinin təcili istifadəsini təsdiqləmişdi.
Bizim.Media