Çili sahillərində 7,0 maqnitudalı zəlzələ olub.
Bizim.Media “TASS”a istinadla xəbər verir ki, bu barədə Avropa və Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Yeraltı təkanların episentri 117 minə yaxın əhalisi olan Punta-Arenas şəhərindən 1 328 kilometr cənubi-şərqdə, ocağı isə 40 kilometr dərinlikdə yerləşib.
Ölkənin Milli Fövqəladə Hallar İdarəsinin məlumatına görə,zəlzələdən sonra 160-dan çox insan sunami təhlükəsi səbəbiylə Çilinin Antarktikada yerləşən bazalarından evakuasiya edildib.
Frey bazasından 80, O'Hiqqins bazasından 40, Fildes bazasından 10, Prat bazasından 31 nəfər təxliyə olunub.
Bizim.Media