Türkiyənin Ərzurum şəhərində yerləşən Atatürk Universitetinin mərkəzi bufetində güclü yanğın baş verib.
Bizim.Media "DHA"ya istinadən xəbər verir ki, hadisə yerinə dərhal yanğınsöndürmə briqadaları cəlb edilib.
Alovun universitetin binasına keçməsinin qarşısını almaq mümkün ölüb.
Hadisə yerinə çoxlu sayda təcili yardım və polis qrupları da cəlb edilib.
Yanğının söndürülməsi prosesi davam edir.
Bizim.Media