Xəbər verdiyimiz kimi, işğal edilən Xerson vilayətinin qondarma "hakimiyyəti" Rusiya Federasiyasının tərkibinə daxil olmaq üçün "referendum" elan edib. Bir gün əvvəl oxşar mövzu ilə bağlı “LXR” və “DXR” adlanan qurumların “rəhbərləri” də çıxış ediblər.
Bizim.Media Rusiya mətbuatına istinadən xəbər verir ki, Xerson “vilayət administrasiyası” və qondarma “Luqansk Xalq Respublikası” sentyabrın 23-27-də Rusiyaya birləşmək üçün referendum keçirəcək.
Prezident Zelenskinin ofisi isə bəyan edib ki, beynəlxalq hüquqa əsasən, həm Donbass, həm də Krım Ukrayna ərazisi hesab olunur və bu ərazilərin Rusiyaya daxil edilməsi cəhdləri “özünü aldatmaq”dır və heç nəyi dəyişməyəcək.
Bizim.Media