Qırğızıstanla sərhəddə baş verən toqquşma nəticəsində Tacikistan tərəfdən 41 nəfər həyatını itirib.
Bizim.Media xəbər verir ki, bu barədə Tacikistanın Xarici İşlər Nazirliyi məlumat yayıb.
Lakin Qırğızıstan Respublikası Təhlükəsizlik Şurasının katibi Marat İmankulov mətbuat konfransında demişdi ki, Qırğızıstan-Tacikistan sərhədində baş verən qarşıdurmalar nəticəsində Tacikistanın 200-dən çox hərbçisi həlak olub, 400-ə yaxını isə yaralanıb.
Bizim.Media