Xəbər verdiyimiz kimi, Londonda Böyük Britaniya kraliçası II Elizabetin dəfn mərasimi başlayıb. Mərasimdə bir sıra dünya rəsmisi iştirak edir.
Bizim.Media "Express.co.uk"ə istinadən xəbər verir ki, mərasimdə iştirak etmək üçün Britaniyada səfərdə olan ABŞ Prezidenti Co Bayden ölkə rəhbərliyinin şəxsi avtomobildən istifadə etməməklə bağlı tövsiyələrinə əməl etməyib.
Belə ki, Bayden Kraliçanın dəfninə limuzində yollanıb. Şəhərdə dəfnlə bağlı sıxlıq müşahidə edildiyindən ABŞ lideri müəyyən müddət tıxacda qalıb və gözləməli olub.
Bununla yanaşı, mərasim zamanı Baydenin şən əhval-ruhiyyədə olması da diqqətdən yayınmayıb.
Bizim.Media